Azərbaycan İdeyası

AĞSUDA İŞ ADAMLARI ÜÇÜN MÜNBİT ŞƏRAİT YARADILIB

Tarix:18-09-2018, 15:02
Baxış Sayı:420

Ağsu rayonunda sahibkarların fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən istifadə edən yerli iş adamları istehsal və xidmət profilli müəssisələr yaradaraq, həm iqtisadiyyatımızın formalaşmasına, həm dövlətimizin büdcəsinin zənginləşməsinə, həm də insanların məşğulluğunun təminatı işinə əhəmiyyətli töhfələr verirlər.
Ağsu şəhərinin Vidadi küçəsində fəaliyyət göstərən, tez bir zamanda gözəl və keyfiyyətli modelleri ilə dəyərli müştərilərin zövqlərini oxşamağı bacarmış "Aydınoğlu" Mebel Evi çox böyük nəaliyyətlər əldə edərək, müasir dizaynda DSP və MDF əsaslı yumşaq mebellərlə yanaşı, təbii ağacdan hazırlanmış yumşaq mebellərin də istehsalını və satışını həyata keçirir. İstehsal prosesi yeni texnologiyalardan istifadə edilməklə həyata keçirilir. İstehsal edilən məhsullara 2-4 il zəmanət verilir və müştərilərə tez və nöqsansız xidmət göstərilməsinə çalışılır. Müştərilər üçün, əlavə olaraq, seçdikləri mebelin görkəmini onların yaradıcı yanaşmaları əsasında dəyişdirmək imkanı yaradılır – Müştərilərin istəkləri əsasında mebelin ölçülərini, materiallarını, rəngini və hətta tərkibini dəyişdirmək mümkündür.
Şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən "Aysu Mebel" Mebel Evi və onun nəzdindəki "Nərgiz" gözəllik salonu da müştəri məmnunluğunu təmin etmək üçün keyfiyyətli xidmət göstərir. Burada təklif olunan mebellərin keyfiyyəti razılıq doğurur, qiymətlər də sərfəlidir. Nağd ödənişlə və kreditlə təklif olunan mebelləri alanlara müxtəlif bonuslar və hədiyyələr verilir. Çatdırılma və quraşdırma pulsuzdur. Məhz belə sərfəli şərtlərə görə, qonşu rayonlardan da Ağsuya mebel almağa gəlirlər. Salonun müdiri Zaur Məmmədov təkcə təklif etdiyi mebel dəstlərinin keyfiyyəti ilə deyil, özünün yüksək mədəniyyəti, alicənablığı, mehribanlığı ilə müştərilərin dərin hörmətini qazanır. Zaur müəllim səxavət göstərərək, yeni ailə quran gənclərə hədiyyə olaraq toy günü üçün gəlin maşını və gəlin baş bəzəyi də təşkil edir. Müştərilər həmçinin uzun illərdir ki, salonda işləyən Bahar xanımın da xidmətindən olduqca razıdırlar. Deyilənə görə, öz işinin dərin bilicisi olan Bahar xanım toy ərəfəsində gəlini elə incəliklə bəzəyir ki, gəlin az qala özünü tanımır. Gəlinlər ona minnətdar olur, ailə qurandan çox-çox sonra da Bahar xanımla dostluqlarını davam etdirirlər.
Bütün bunlar, əlbəttə, onun göstəricisidir ki, çox hörmətli cənab Ənvər Seyidəliyevin başçılıq etdiyi Ağsu rayonunda sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradılıb və bundan istifadə edən yerli iş adamları istehsal və xidmət profilli müəssisələr yaradaraq, həm iqtisadiyyatımızın formalaşmasına, həm dövlətimizin büdcəsinin zənginləşməsinə, həm də insanların məşğulluğunun təminatı işinə əhəmiyyətli töhfələr verirlər.


Mahizər Qəribova [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO