Azərbaycan İdeyası

İŞSİZ GƏNCİN MANİFESTİ

Tarix:30-03-2017, 13:04
Baxış Sayı:662

Bir vaxtlar gənclər şəhəri, kimyaçıların fəaliyyət meydanı kimi tanınan Sumqayıtda həyat qaynayırdı. Ölkənin kimya sənayesinin təmərküzləşdiyi bu şəhər respublika iqtisadiyyatının formalaşmasına, dövlətin büdcəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verirdi. Sumqayıt Dövlət Universitetində də tədris olunan ixtisaslar arasında məhz kimyaçı ixtisası prioritet sayılırdı. Kimyaçı məzunlar elə Sumqayıtın özündəki eyni profilli müəssisələrdə işlə təmin olunurdular. Amma indi...
Sumqayıt şəhəri, yat-11, məh.42, m.102 ünvanda yaşayan 1989-cu il təvəllüdlü Həmidov Rasim Asif oğlu ali təhsilli gənclərimizdəndir. 2011-ci ildə Sumqayıt Dövlət Universitetini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirib. Nümunəvi hərbi xidmət keçmiş, ehtiyat zabit hazırlığı kursunu bitirərək tağım komandiri olmuşdur. Xidməti xasiyyətnamədə təşəbbüskar, vətənpərvər, fiziki cəhətdən sağlam, iradəli, dözümlü, etibarlı, nizam-intizamlı, kollektivdə və yoldaşları arasında dərtin hörmətə malik, vəzifəsini çətinliklərdən qorxmadan yerinə yetirən, hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışan, dövlət sirrini qorumağı bacaran zabit kimi xarakterizə olunur. Gəlin razılaşaq ki, belə xüsusiyyətlərə malik mütəxəssis istənilən böyük əmək kollektivinin də sevimlisi ola bilər, çalışdığı sahədə nailiyyətlər qazanıb Vətənin tərəqqisinə əhəmiyyətli töhfələr verər.
Di gəl, ixtisası üzrə məşğulluğunu təmin edə bilmədiyindən, malik olduğu potensial, gənclik enerjisi istifadəsiz qalıb. Anası Həmidova Sevda Musa qızı ümumi xəstəliklər səbəbindən I qrup müddətsiz əlildir. Daim kənar şəxsin qulluğuna ehtiyacı var. Belə vəziyyət Rasimin sıxıntısını artırır, nikbinliyini azaldır. Bu gəncin işsiz qalması dövlətimizin sosial siyasətinin uğurları barədə ucadan deyilən pafoslu sözlərin səmimiliyinə şübhə yaradır, gənclərin məşğulluğunun təmininə yönəlik layihələrin həyata keçirilməsində naqisliklərin olduğu barədə düşünməyə əsas verir. Ara-sıra Sumqayıt Dövlət Universiteti də məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında yalan- gerçək əmək yarmarkası keçirdiyi haqda məlumat yayır.
Ümid etmək istərdik ki, Sumqayıt şəhər rəhbərliyi, yerli Məşğulluq Mərkəzi Rasim Həmidovun müvafiq işlə təmin olunması barədə qayğılanacaq.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur