Azərbaycan İdeyası

QƏZETİMİZİN FƏALİYYƏTİ CƏNUB BÖLGƏSİNDƏ TƏQDİR OLUNUR

Tarix:2-10-2018, 16:17
Baxış Sayı:299



Korrupsiya və qanun qəzeti təkcə oxucuları üçün maraqlı hesab etdiyi informasiyaları toplayıb
dərc etməklə kifayətlənmir, həm də onlarda ehtiva olunan problemlərin həllinə də yardımçı olur,
hüququ pozulmuş, haqqı tapdalanmış, bürokratik əngəllərlə, süründürməçiliklə üzləşmiş
vətəndaşlarla məmurlar arasında mediator funksiyası yerinə yetirərək mübahisəli məsələlərin
yoluna qoyulmasına çalışır və bir çox hallarda buna nail olur. Bu səbəbdəndir ki, qədirbilən
vətəndaşlar redaksiyamıza minnətdarlıq məktubları göndərir, təşəkkürlərini izhar edirlər.
Müşahidə etmişik ki, 2018-ci ilin III rübündə qəzetimizin vasitəsilə sıxıntılarına son qoyulan
vətəndaşların çoxu cənub bölgəsinin sakinləri olmuşlar. Bu da əlbəttə ki, qəzetimizin cənub
bölgəsi üzrə təmsilçisi Tağı Xatəm oğlu Quliyevin işgüzarlığının, vətəndaşlar arasında özünə
qazandığı və qəzetimizə qazandırdığı rəğbətin göstəricisidir.
Astara rayonunun Alaşa kənd sakini Şahverdiyev Arzuman Akif oğlu redaksiyamızın
konstruktiv müdaxiləsindən sonra indiyədək onu narahat etmiş problemin öz həllini tapdığını və
buna görə baş redaktorumuza və qəzetin bütün kollektiv üzvlərinə minnətdarlığını bildirmişdir.
Astaradan olan şəhid valideynləri Əliyev Raziyar Mahmud oğlu, İsmayılov Yəhya Qəni oğlu,
Əhmədov İsi Rəzzaq oğlu, Kərimov Məmməd Mirzəhəsən oğlu, Məmmədov İsaq Mütəllim oğlu
isə "Korrupsiya və qanun" qəzetinin bölgə filialının açılması və ofislə təmin olunması xahişi ilə
Jurnaislərin Böyük Dostuna - Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
müraciət ünvanlamışlar (müraciətin mətni təqdim olunur).
Qəzet rəhbərliyi bütün bunları nəzərə alaraq, Tağı Xatəm oğlu Quliyevə redaksiya kollektivi
adından təşəkkür elan etmişdir.


KORRUPSIYA VƏ QANUN
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO