Azərbaycan İdeyası

PROKURORLUQ KİV-İN QANUNSUZLUQLARI AŞKAR ETMƏK YÖNÜNDƏ ONUNLA TƏRƏF MÜQABİLİ OLMAQ İSTƏYİNƏ RƏĞBƏTLƏ YANAŞMALIDIR

Tarix:12-10-2016, 15:42
Baxış Sayı:639

Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin 20 - ci maddəsində belə bir tələb öz əksini tapıb: "Prokurorluq işçisi kütləvi informasiya vasitələrinin prokurorluğun fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşmalı, kütləvi informasiya vasitələri təmsilçilərinin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərməlidir. Amma bəzən bu tələbə riayət edilmir.
Sumqayıt şəhəri, Yat-11, məh.4, m.102 ünvanda qeydiyyatda olan, Ceyranbatan qəsəbəsi, Metallurq massivi, bağ-377-də yaşayan Həmidov Asif Qabil oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdi ki, dostunun vasitəsi ilə tanış olduğu Rövşən Kazımov ondan oğlu Həmidov Rasimi işə düzəldəcəyini vəd edərək pul almış, nəticədə nə verdiyi vədi yeri yetirmiş, nə də pulu qaytarmışdır. Bu məqsədlə bankdan vaxtından əvvəl götürdüyü 9000 dollara görə ona cərimələr də tətbiq edilmişdir. Özünün II, həyat yoldaşının da I qrup əlil olduqlarını, başqa şəxsin qayğısına ehtiyac duyduqlarını qeyd edən Asif Həmidov ümid edirdi ki, ötən ilin sentyabr ayında başına gələn bu hadisə KİV-də ictimailəşəndən sonra hüquq-mühafizə orqanları məsələni nəzarətə götürəcəklər.
Hüquq - mühafizə orqanları məsələni nəzarətə götürdülər də. Həmin mövzuda yazdığımız "Sumqayıtda işədüzəltmə adı ilə növbəti dələduzluq faktı" sərlövhəli məqalə qəzetimizin 22 iyul tarixli buraxılışında dərc olunandan və qəzetin nüsxəsi müşayiətedici məktubla tərəfimizdən Baş Prokurorluğa göndəriləndən sonra ilk reaksiya müşahidə olunmuşdur. Baş Prokurorluq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına 06.09.2016-cı il tarixli məktubun bir surətini də şikayətçiyə ünvanlamışdır: "Vətəndaş Asif Həmidovun Respublika Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün sizə göndərilir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur".
Məsələ burasındadır ki, vət. Həmidov yalnız qəzetimizin redaksiyasına müraciət etmişdir. Belə bir məktub aldığını da məhz özü bizə bildirmişdir. Qəzetin vasitəçi rolunun prokurorluq tərəfindən heçə endirilməsi onu da məyus etmişdir. Prokurorluq qəzeti də kursda saxlamalı, məktubun bir surətini redaksiyamıza göndərməli idi. Amma bu etinasızlıq məsələni diqqət mərkəzində saxlamaq imkanımızı heç də məhdudlaşdırmır.
Görəsən bu işgüzar məktubumuzda hansı etik və ya kargüzarlıq qaydalarını pozmuşuq ki, prokurorluq onu cavablandırmağa lüzum görməyib?: "...Məlum edirik ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Korrupsiya və qanun" qəzeti cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə işinə informasiya dəstəyi verir, bu müstəvidə hüquq-mühafizə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edir. Təsadüfi deyildir ki, hüquqları pozulan vətəndaşlar redaksiyamıza müraciət edib problemlərinin ictimailəşdirilməsinə çalışır, qəzetimizin mediator qismində köməklik göstərməsini xahiş edirlər.
Yüksək diqqətinizi qəzetimizin 22 iyul 2016-cı il tarixli 53-cü sayında 14-cü səhifədə dərc olunmuş "Sumqayıtda işədüzəltmə adı ilə növbəti dələduzluq faktı" sərlövhəli məqaləyə yönəltmək istəyindəyik. İnanırıq ki, vətəndaş Həmidov Asif Qabil oğlunun şikayəti əsasında hazırlanmış həmin məqalədə ehtiva olunan məsələlərin araşdırılmasını və nəticələr barədə redaksiyamızın məlumatlandırılmasını təmin edəcəksiniz".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı