Azərbaycan İdeyası

DƏRƏÇİÇƏK MÜƏMMASI HƏLƏ DƏ ÇÖZÜLMƏMİŞ QALIR - MTK RƏHBƏRİ NİYƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR?

Tarix:2-10-2018, 16:55
Baxış Sayı:307



Sadiq oxucularımız xatırlayarlar, "Korrupsiya və qanun" qəzetinin 05 (67) -ci nəşrinin 3-cü
səhifəsində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev - 7, mənzil - 4 ünvanda yaşayan
Qasımbəyova Zəkiyyə Mustafa qızının redaksiyamıza ünvanladığı müraciətnamə əsasında
hazırlanmış, məhkəmə ədalətsizliyindən, məhkəmə istintaqında mühüm hüquqi amillərin
diqqətdən kənarda saxlanılmasından bəhs edən "Dələduzun iş ortağı məsuliyyətdən kənarda
saxlanılıb - "Dərəçiçək" MTK üçün sərmayə adi ilə yığılan pullar hara itib?" sərlövhəli məqalə
dərc olunmuşdu.
Dələduzluq yolu ilə aldadılmış Z. Qasımbəyovanın redaksiyaya təqdim etdiyi Bakı Ağır
Cinayətlər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 1(101)-1201/2017 nömrəli hökmü ilə
təsdiqlənmişdir ki, təqsirləndirilən şəxs Əfəndiyev Ramin Cahangir oğlu Qasımbəyova Zəkiyyə
Mustafa qızının etibarından sui-istifadə etməklə və ona, "Dərəçiçək" MTK tərəfindən Bakı
şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış

binasından ucuz qiymətə mənzillər alıb bir müddət sonra baha qiymətə satmaqla əldə etdiyi gəliri
onunla böləcəyinə və nəticədə ona həmin binadan sərfəli qiymətə mənzil alıb verəcəyinə dair
yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə Bakı şəhəri,
Yasamal rayonu, İnşaatçılar prospekti 22 L ünvanında yerləşən "Xalqbank" ASC-nin inzibati
binasının qarşısında olmaqla, 05 dekabr 2010-cu il tarixdən 15 dekabr 2010-cu il tarixədək olan
müddət ərzində, ümumilikdə 120000 (bir yüz iyirmi min) manat məbləğində pulunu alıb ələ
keçirərək zərərçəkmiş şəxs Zəkiyyə Qasımbəyovaya külli miqdarda ziyan vurmaqla dələduzluq
cinayəti törətmişdir. Məhkəmə materiallarından görünürdü ki, Ramin Əfəndiyev eyni üsulla bir
çox başqa vətəndaşı yalan vədlərlə tovlayaraq müxtəlif məbləğlərdə pullarını almış, o cümlədən,
Zəkiyyə Qasımbəyovanın oğlu Qasımbəyov İlqar İbrahimpaşa oğlunu da aldadaraq 40000 (qırx
min) manat pulunu ələ keçirmişdir.
Həmçinin, Z.Qasımbəyova məlumat vermişdi ki, etibardan sui-istifadə və aldatma yolu ilə mənə,
ailəmə və zərərçəkmiş digər insanlara məxsus ümumilikdə külli miqdarda - 508900 (beş yüz
səkkiz min doqquz yüz) AZN pulu (ayrı-ayrı epizodlar üzrə isə külli miqdarda pulu) əvəzsiz və
qanunsuz olaraq öz mülkiyyətinə keçirmiş məhkum Əfəndiyev Ramin Cahangir oğlunun
cinayətinin istintaqı zamanı zərərçəkmiş kimi hüquqlarının təmini ilə bağlı bir sıra zəruri
prosessual işlər düzgün görülməmişdir. Onların sırasında ən əsas hesab etdiyi də bu idi ki,
təqsirləndirilən şəxs R.Əfəndiyevin qismən etirafına və iş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə,
işdə olan dəlillərə baxmayaraq ümumilikdə züsusi ilə külli miqdarda - 508900 AZN pulu talan
eləmiş R.Əfəndiyevlə "Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyev arasında olan işbirliyi faktı
ətraflı araşdırılmamış, MTK sahibi hər vasitə ilə bütün mümkün məsuliyyətə cəlb olunma
imkanlarından açıqca yayındırılmış, R.Əfəndiyev tərəfindən zərərçəkmiş şəxslərin pullarının
həmin MTK-ya sərmayə şəklində yatırılma dəlilləri ümumiyyətlə araşdırılmamış, "hansısa
səbəbdən" sözügedən məsələ ilə bağlı sadəcə olaraq bu işdə maraqlı tərəf olan MTK sahibinin
özünün ifadəsinin alınması ilə kifayətlənilmişdir. MTK ilə birgə işbirliyinin olması ilə bağlı
məsələlər (R.Əfəndiyevin adına hətta MTK-dan 2 otaqlı mənzilin ayrılması və s.)
aydınlaşdırılmamış, işdə iştirak edən şəxslər tərəfindən bu faktı bildiyi qeyd olunan, cinayət işi
üzrə kimliyi dəqiqləşdirilməyən MTK əməkdaşı şahid kimi dindirilməmiş, istintaqdan
yayındırılmışdır.
Şikayətçi həmçinin meydana çıxan bir sıra vacib sualları dsadalamış və vurğulamışdı ki, bu
suallar nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında "nədənsə" araşdırılmamışdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 1(101)-1201/2017 nömrəli
hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Əfəndiyev Ramin
Cahangir oğlunun barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya məhkəməsinin cinayət
kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarından məhkum Əfəndiyev Ramin Cahangir oğlu
AR Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti vermişdir. Kollegiyanın 10 iyul
2018-c i il tarixli Qərarı ilə şikayət təmin olunmamışdır.
Lakin əlbəttə ki, Əfəndiyev Raminin 10 il müddətinə azadlıqdan məhrum edilməsi nə
Qasımbəyovlar ailəsinin, nə də digər zərərçəkənlərin yarasına məlhəm olmamışdır. Odur ki, ailə
üzvləri - ana və oğul Daxili İşlər nazirinə və baş prokurora müraciət edərək, törətdiyi cinayətlərə
görə cinayət məsuliyyətindən yayınanm "Dərəçiçək" MTK-nın sahibi Əliyev Rauf Rəhim oğlu
barəsində cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə cinayət işinin

başlanılması və zərərçəkən olaraq onların ailəsinə dəymiş 160000 (bir yüz altmış min) manat
ziyanın təqsirli şəxsdən tutularaq onlara ödənilməsi üçün tədbir görmələrini xahiş etmişlər.

Cavabı biz də gözləyirik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO