Azərbaycan İdeyası

SÖZÜ YERƏ DÜŞƏN HAKİMİN QİSASI

Tarix:2-10-2018, 16:31
Baxış Sayı:241


Korrupsiya və qanun" qəzetinin 15 avqust 2018-ci il tarixli 05 (67) -ci nəşrində yer alan və
İmişli rayonunda məhkəmə hakimiyyətini həyata keçirən hakim və məhkəmə işçilərinin qeyri-
qanuni əməllərindən bəhs edən "Oğrunu müdafiə edən hakim doğrunun üstünə elə bağırdı ki...
sərlövhəli məqalədə ehtiva olunan məsələləri yəqin ki, sadiq oxucularımız xatırlayarlar.
Məqalənin dərc olunduğu qəzetin nüsxəsini müşayiətedici məktubla redaksiyadan Məhkəmə-
Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlamış və ümid etdiyimizi bildirmişdik ki,
barəsində söz açdığımız məsələlər ciddi araşdırılacaq və redaksiyanın məlumatlandırılması təmin
ediləcək.
İmişli Məhkəməsinin sədri Qurban Hacıyevin Hakimlərin Etik Davranış Kodeksinin tələblərini
kobud şəkildə pozmasından məhkəmə iclaslarında ədaləti yox, oliqarx məmurların maraqlarını
təmsil etməsindən, hətta tabeliyində olan işçiləri şahid qismində yalandan vətəndaşların üzünə
durğuzaraq günahsız vətəndaşları təqsirkar çıxarmasından, vətəndaşların məhkəmə
qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüquqlarını məhdudlaşdırmaq
məqsədi ilə məhkəmə qərarlarını çox vaxt vətəndaşlara verməməsindən və rəvac verdiyi başqa
neqativ hallardan şikayətlənən bir qrup İmişli rayon sakininin Azərbaycan Respublikası
Prezidentinə ünvanladıqları müraciətnamədən bəzi cümlələrin altının cızıldığı həmin məqalənin
dərc olunmasının təşəbbüskarı - Seyidov Murad Ataş oğlu yenidən redaksiyamıza üz tutmuşdur.

Bildirir ki, Oqtay Hacıyevin qanunsuz əməllərindən, ört-basdır etdiyi cinayət işlərindən
Məhkəmə - Hüquq Şurasına və eyni zamanda Ədliyyə Nazirliyinə, Milli Məclisə, Baş
prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsmana şikayətlər edilmiş, lakin hamısından eyni
məzmunlu cavablar alınmışdır:;...İmişli rayon məhkəməsinə göndərilir". Yəni, şikayətləri
baxılmaq üçün barəsində şikayət etdikləri şəxsə göndərilir.
Oxucularımız sırasına yeni qatılanlara məlumat üçün qeyd edək ki, zərərçəkmiş şəxslər Seyidova
Zümrüd Ataş qızı və Şəmmədli Elşən Şükür oğlu, AR CM-nin 29, 177.2.2, 29, 177.2.3 və
182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs Şahbazov Əfqan Əlqəmə oğlu barəsində "həbs"
qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə İmişli rayon Məhkəməsinin 25 fevral
2018-ci il tarixli, 4(036)11/2018 saylı qərarından apellyasiya şikayəti vermişlər. Şirvan
Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməmişdir.
Həmçinin, Cəbrayıl rayon məhkəməsi 08 avqust 2018-ci il tarixli iclasında Seyidov Murad Ataş
oğlununun CM-nin 289.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək
600 (altı yüz) manat miqdarda cərimə edilməsi, Şəmmədli Elşən Şükür oğlunun eyni əməli
törətməkdə təqsirli sayılaraq, ona 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
edilməsi barədə hökm çıxarmışdır.
M.Seyidov yazır ki, xüsusən Cəbrayıl rayon məhkəməsinin sədri Təranə Hüseynova onların işinə
xitam verməli idi, ya da bəraət qazandırmalıydı. Xatırladaq ki, Təqsirləndirilən Şahbazov
Əfqanın qohumu Şahbaz Şahbazovla ("Nigar" klinikasının sahibi, həkim, iş adamı) yaxın
münasibəti var; Əfqanın digər qohumları Şahbazov Abdulla və Süleymanov Vüqar məhkəmədə
onunla bir yerdə işləyirlər, Qulu Süleymanovun da (Qurban Hacıyevlə tələbə yoldaşı, Vüqar
Süleymanovun əmisi, Sabunçu rayon notariat kontorunun rəisi) xahişini yerinə yetirməmək
olmazdı.
Göründüyü kimi, zərərçəkmişlərlə zərər yetirəni barışdırmaq cəhdi uğursuz alınan hakim Qurban
Hacıyevi birincilərdən qisas almağa sövq edən motiv çox güclüymüş. Cəbrayıl rayon
məhkəməsinin sədri Təranə Hüseynova da öz həmkarının arxasını yerə vurmayıb.


Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq