Azərbaycan İdeyası

"Kiflənməyən yoqurtlar təhlükəlidir”.

Tarix:25-01-2019, 15:29
Baxış Sayı:296

 "Kiflənməyən yoqurtlar təhlükəlidir”.



ARB TV xəbər verir ki, uşaqların sevərək yediyi yoqurt yüksək risq qrupuna aid məhsullardandır. Lazımi şəraitdə saxlanılarsa və normal istehlak olunarsa, problem yaratmaz. Məsələ də burada düyünlənir. Üzərində bir neçə ay, hətta bir il saxlama müddəti göstərilir. Bəs, tərkibi şəkərlə zəngin olan yoqurtu əslində bu qədər müddət saxlamaq doğrudurmu?
Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin Sədri: "Əgər yoqurtlarda meyvələrdən istifadə olunubsa onların yararlılıq müddəti daha aşağı olur. Lakin uzun müddət saxlanılan, kiflənməyən yoqurtlar təhlükəlidir”.
Azad İstehlakçılar Birliyinin sədri deyir ki, əksər valideynlər bu məlumatdan xəbərsizdir.
Valideyn: "Hərdən baxıram”.
Valideyn: "Yox, baxmıram”.
Valideyn: "Ən çox tarixinə baxıram”.
Ən azından mağazalardan yoqurt alarkən onların saxlanma şəraitinə və etiket məlumatlarına xüsusi diqqət yetirmək vacib hesab olunur.
Aysel Cəlilova – AQTİ-nin Deportament Direktoru: "İstehlakçılarımıza tövsiyəmiz ondan ibarətdir ki, yoqurtu alanda ağzını açdıqdan sonra dərhal istehlak etsinlər. Həmçinin alıb evə gətirən zaman soyuducuya qoysunlar, kənarda saxlamasınlar”.
Mütəxəssislər bu narahatlığa görə yoqurtdan imtina edin demirlər. Ev şəraitində də sağlam qida hazırlamaq mümkündür deyən ekspertlər bunu şübhələrdən qurtulmaq üçün ən rahat yol hesab edirlər.
Kulinarlar ev şəraitində yoqurt hazırlayarkən mütləq bir məqama diqqət yetirməyin vacibliyini vurğulayırlar. Yalnız və yalnız yerli və mövsüm meyvələrində istifadə etmək lazımdır.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı