Azərbaycan İdeyası

Cənubi koreyalılar beyinlərini təmizləyirlər

Tarix:23-05-2016, 20:31
Baxış Sayı:561

“The Guardian” yazır ki, dünyanın ən çox kompüterləşmiş millətlərindən biri olan Cənubi koreyalılar “dincəl” müsabiqəsinə qoşulublar.

Bu kampaniya insanların stresdən və ifrat informasiyadan “təmizlənməsinə” yönəlib.
Bu müsabiqənin şərtlərinə görə 60-dək yarışçı 90 dəqiqə ərzində Seuldakı ictimai parklardan birində çəmənlikdə oturub heç nə etməməli idi.

Başqa sözlərlə “Beynini dincəlt” şüarı onları hər hansı elektron cihazdan istifadə etməməyə çağırırdı.

“Dincəl” kampaniyası ilk dəfə 2014-cü ildə yerli fəallar tərtəfindən başlanıb.
Ötən bazar keçirilmiş “yarışı” isə Seul şəhər bələdiyyəsi təşkil etmişdi.
Bu təşəbbüsə ümumilikdə 1500 nəfərin qoşulduğu xəbər verilir.

Heç saata da baxmaq olmaz

Bələdiyyə idarəsinin müraciətində deyilirdi: “Gəlin smartfonların, televiziyanın və ya kompüterlərin verdiyi informasiyalarla dolu beynimizi dincəldək”.

Cənubi Koreyada smartfon istifadəçiləri hər gün orta hesabla 4 saatı tvitləməyə, “çatda oturmağa” və ya kompüter oyunlarına sərf edir

“The Guardian” yazır ki, uşaqlı analar və qalstuklu-kostyumlu kişilər də daxil yarışçılar 30 dərəcə isti havada üzlərində heç bir ifadə olmadan sakitcə oturmuşdular.

Onların bəziləri günəş şüalarından qorunmaq üçün çətir də götürmüşdü.

İştirakçılara hətta saatlarına baxmaq və ya çox tərpənmək də qadağan olunmuşdu.
Bütün bunlardan sonra ürək döyüntüsü ən sabit olan şəxs qalib elan olunmalıydı.

“The Guardian” qəzetinin yazdığına görə, yarışın mükafatı yaxşı tanınmış repperə qismət olub.

Crush ləqəbli Şin Hyo Seob deyib ki, “təzə albomunu hazırlayarkən beyni ağzınacan dolubmuş”.

“Bu tədbir xüsusilə də başağrısı və ya qarışıq düşüncələri olan adamlar üçün məsləhətdir” – deyib 28 yaşlı repper.

“The Guardian” yazır ki, 50 milyonluq Cənubi Koreya əhalisinin 80 faizində smartfon var.
Ölkənin smartfon istifadəçiləri hər gün orta hesabla 4 saatı tvitləməyə, “çatda oturmağa” və ya kompüter oyunları oynamağa sərf edirlər.

Dövlət məlumatlarına görə bunların 15 faizini “rəqəmsal aludələr” hesab etmək olar (BBC).
 Cənubi koreyalılar beyinlərini təmizləyirlər [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO