Azərbaycan İdeyası

Azərbaycan əhalisinin sayı artdı

Tarix:17-11-2015, 15:43
Baxış Sayı:496


Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabrın 1-nə 9 milyon 676 min 500 nəfərə çatıb.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir.
Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Bu 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.
Ədliyyə nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı