Azərbaycan İdeyası

Facebook 12 yaşında - Haradan haraya.

Tarix:4-02-2016, 16:58
Baxış Sayı:514

Facebook 12 yaşında - Haradan haraya.


Bu gün dünyanın ən populyar sosial şəbəkələrindən biri olan Facebook-un yaradılmasının 12 ili tamam olur.
2004-cü ilin bu günü Harvard Universitetinin tələbəsi olan Mark Zukerberq həyatını tamamilə dəyişəcək sosial şəbəkəni yaradıb.
2015-ci ilin avqust ayına olan məlumata görə, sosial şəbəkənin aylıq 1,18 milyon aktiv istifadəçisi var.
Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur. Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri də gənclərə qoşulur.
Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir. Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.
İstifadəçilər Paylaş düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.
Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.
Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur. Orta hesabla hər bir istifadəçi 130 dosta malikdir və ay ərzində 8 dostluq sorğusu göndərir.
Bir nəfər şəbəkədən istifadəyə orta hesabla 55 dəqiqədən çox vaxt sərf edir. Dünya üzrə bütün istifadəçilər isə şəbəkəyə hər gün 6 milyard dəqiqədən çox vaxt sərf edirlər ki, bu da Googleun saytı ilə müqayisədə iki dəfə çoxdur.
Bir istifadəçi hər ay təxminən 9 dəfə Bəyəndim düyməsindən istifadə edir. Ay ərzində müxtəlif mövzular üzrə 25 şərh yazır, 25 qrupda iştirak edirlər.
1 ay müddətində ən azı 2 səhifəyə üzv olurlar.Ay ərzində üç tədbirə dəvət olunurlar.
Facebook 70-dən çox dilə tərcümə olunub.
Saytın təxminən 70% istifadəçisi ABŞ-da yaşamayan insanlardır.
Dublin, London, Paris, Sidney, Toronto, Nyu-York, Çikaqo, Atlanta, Dallas və Detroit Facebook-un ofislərinin yerləşdiyi şəhərlərdir.
300 mindən çox istifadəçi Facebookun müxtəlif dillərə tərcüməsi prosesində iştirak edib.
70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir. 65 milyondan çox istifadəçi Facebook mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.
ABŞ psixoloqları yeni Facebook-aslılıq (FAD) adlı tibbi diaqnoz haqqında məlumat veriblər.
Facebookun yaradıcısı Mark Zukerberq dünyanın ən gənc milyarderi hesab olunur.
2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə Facebookun xərclədiyindən daha çox pul qazandığını elan edib.
Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebookda dost olmağı qadağan edib.
Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.
Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebookdakı profillərinə baxırlar.
Facebooka sərmayə qoyan ilk insanlardan biri PayPal-ın yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdı.
Qeyd edək ki, sosial şəbəkənin yaradıcısı olan Zukerberq dünyanın ən zəngin dördüncü adamıdır

OXŞAR XƏBƏRLƏR
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
İran İsraillə atəşkəsi təsdiqlədi
İran İsraillə atəşkəsi təsdiqlədi
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…