Azərbaycan İdeyası

Kriminal avtoritetin oğlu öldürüldü

Tarix:21-10-2016, 11:55
Baxış Sayı:376

Kriminal avtoritetin oğlu öldürüldü
Rusiyada kriminal avtoritet Nikolay Troyanın oğlu Yevgeni Yudin öldürülüb. AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən həftəsonu Novouralskda baş verib.

Məlumata görə, hadisə baş verən zaman 27 yaşlı Yudin 40 yaşlı tanışı və 2 qızla birlikdə 15-ci kilometrdə yerləşən mənzildə olublar. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Bu zaman Yudinin tanışı ona bıçaq zərbəsi endirib. Zərbə avtoritetin oğlu üçün ölümcül olub və o, hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb.

Qatilin axtarışları davam edir. Yerli sakinlərin sözlərinə görə, cinayət baş verən mənzil bu zamana qədər də yalnız ölüm halları ilə yadda qalıb. Belə ki, Yudindən öncə burada 3 qətl törədilib. Qeyd edək ki, Nikolay Troyan hazırda həbsdə olmasına baxmayaraq Novouralska “nəzarət edən” şəxs hesab olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO