Azərbaycan İdeyası

29 yaşlı oğlan 8 yerindən bıçaqlandı

Tarix:19-10-2015, 14:56
Baxış Sayı:464

Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Gərəkli kənd sakini, 1986-cı il təvəllüdlü Ruslan Adil oğlu Zeynalov oktyabrın 18-i axşam saatlarında bədənin müxtəlif nahiyələrində çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Ruslan Zeynalovun belin sağ və sol kürək nahiyələrindən ümumilikdə kəsilmiş və deşilmiş 5 bıçaq xəsarəti, ayağın bud nahiyəsindən 2 və üzündən 1 bıçaq xəsarəti aldığı məlum olub. Cərrahiyə əməliyyatı olunan Ruslan Zeynalov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Qullar kəndində baş verib. Ruslan Zeynalovla həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Nastakalov arasında mübahisə düşüb. E.Nastakalov üzərindəki bıçaqla R.Zeynalova xəsarətlər yetirib. Hadisəni törədən şəxs tutulub. Hadisə baş verən zaman hər iki şəxsin içkili olduğu bildirilir.
Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı