Azərbaycan İdeyası

Rövşən Lənkəranskiyə ölüm hökmü verən qanuni oğru həbs olundu

Tarix:14-07-2016, 10:26
Baxış Sayı:431

Rövşən Lənkəranskiyə ölüm hökmü verən qanuni oğru həbs olundu
Rusiyada "qanuni oğru" həbs olunub. Criminal.az-ın Anspress-ə istinadən məlumatına görə, Şakro Molodoy ləqəbli Kalaşov Zaxar 3 ay və 3 gün azadlıqdan məhrum olunub. Moskvanın Tver məhkəməsinin qərarı ilə qanuni oğruya hökm oxunub.

Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Bu gün kriminal avtoritetin evində axtarışlar aparılıb. Avtoritetin dəbdəbəli evi muzeydən fərqlənməyib. Axtarış zamanı polislər evdən iki “Makarov” tapançası, “F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.

63 yaşlı Zaxari Kalaşov məşhur kriminal avtoritet “Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb. İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan “Şakro Molodoy” “Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib.

Onun keçirdiyi “sxodka”da azərbayanlı kriminal avtoritet “Rövşən Lənkəranski” “Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı