Azərbaycan İdeyası

Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar

Tarix:7-02-2017, 15:11
Baxış Sayı:307

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar
ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyada SSRİ-nin bərpası tərəfdarlarını və təbliğatçılarını da xeyli ruhlandırıb. Artıq kifayət qədər aydın görünən tendensiya belədir ki, SSRİ xiffəti çəkən rus siyasətçilər Trampın postsovet məkanına diqqəti azaldacağına ümid edib sovet məkanını daha rahat bərpa edə biləcəklər.
Həmin siyasətçilərin və sovet təbliğatçılarının ön sırasında isə Rusiyada Liberal-Demokrat Partiyasının sədri, ötən şənbə yenidən bu partiyanın lideri seçilmiş Vladimir Jirinovski gəlir. Qurultaydan sonra o, növbəti dəfə “parlayıb” və necə “parlayıb”. Belə ki, Kremlin “danışan dil”lərindən sayılan Jirinovski Kremlin mövqeyini təbliğ edən “Tsarqrad TV” kanalına (kanalın rəhbəri Kremlin başqa bir “danışan dili” və qatı SSRİ tərəfdarı Aleksandr Duqindir) müsahibəsində, faktiki, postsovet ölkələrini hədələyib, SSRİ-nin bərpasının uzaq perspektivin işi olmadığının müjdəsini verib.
Onun fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. “Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğv edilməsi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə qalmaqallı siyasətçi qeyd edib.
LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. O, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” iddia edib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər.  Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO