Azərbaycan İdeyası

"Qarabağ məsələsi bu yolla həll olunacaq..." - Jirinovski

Tarix:24-01-2017, 12:19
Baxış Sayı:295

 "Qarabağ məsələsi bu yolla həll olunacaq..." - Jirinovski



Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya mediasına 2017-ci ildə gözlənilən siyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.
Jirinovski hazırda Rusiya Federasiyasının beynəlxalq arenadakı vəziyyətini qənaətbəxş sayıb: “Çindən qorxduqları kimi bizdən qorxmurlar. Bizdə Yaxın Şərqdəki kimi hərc-mərclik, Avropadakı kimi miqrant axını yoxdur. Və ABŞ Trampın hakimiyyəti dövründə Rusiya ilə konstruktiv münasibətləri bərpa etmək niyyətindədir.
Tramp bir biznesmen kimi Rusiya ilə münasibətlərin yaxşılaşırılmasını hesablayaraq bunu daha mənfəətli variant kimi görür”.
2017-ci ildə Rusiyanın dünya arenasında mövqeyi üçün düşərli olacağını bildirən Jirinovski qeyd edib ki, dəyişikliklər qaçılmazdır:
“Beynəlxalq vəziyyətə gəldikdə isə mövcüd durum qənaətbəxşdir, 2017-ci il olduqca parlaq il olacaq. Bu ildə əsaslı dəyişikliklər gözlənilir.
25 il əvvəl Sovet dönəmindən qalmış partiyaya məxsus elitanı dəyişdiyimiz kimi, ABŞ-da da Trampın iştirakı ilə ABŞ-da elita dəyişdiriləcək və bu zəncirvari olaraq Avropa ölkələrinə sirayət edəcək.

Almaniyada Angela Merkel seçkilərdə uduzacaq, əvəzində Sosial Demokrat, PEGİDA və Almaniya üçün Alternativ partiyaları müştərək olaraq 45 faiz səs yığacaqlar. Almaniya özü Avropa Birliyi tərkibində qalmaq istəmir, onlar tez bir zamanda bu təşkilatdan yaxa qurtarmağa çalışır. Əgər almanlar bunu əsaslı surətdə dərk edə bilsə, onda onlar azad olacaq.
Fransada sosialistlər sağçılara uduzacaq”.
Yaxın Şərqlə bağlı danışan partiya lideri qeyd edib ki. Rusiya Türkiyə və İranla yaxınlaşacaq və Antanta kimi bir birlik qurulacaq:
“Bu birliyin vəzifəsi yaxın Şərqdə vəziyyəti stabilləşdirmək olacaq. Tarix göstərdi ki, orda tək uğur qazanmaq mümkün deyil. Əfqanıstanda tək idik və az-çox nəyəsə nail olduq. Suriyada da faktiki olaraq təkik. Birləşsək, tamamilə başqa nəticələr əldə edə bilərik. Acgöz olmaq lazım deyil, Ankaranın maraqlarını təmin etmək üçün bir az Türkiyəyə, bir az da İrana vermək lazımdır.
Əgər Türkiyə ilə hazırkı münasibətlərimiz daha yüksək həddə qalxsa, Qarabağ problemi həll oluna bilər və müharibəyə ehtiyac qalmaz. Azərbaycan və Ermənistan bundan ancaq xeyir götürər. Türkiyə bizimlə müttəfiq olarsa, Krım tatarları daha sakit məcrada öz həyatlarını davam etdirər.
Biz Türkiyə ilə iqtisadi əlaqələrdə mübadilə vasitəsi kimi milli pul vasitələrindən istifadı edəcəyik və Türkiyəyə istirahətə gedən Rusiya vətəndaşları rus rublu ilə hesablaşa biləcəklər.
Bu hal Orta Asiya və Yaxın Şərqdə sakitliyi təmin etməyə şərait yaradar və bizim cənub sərhədlərinə təhdidlərimiz sonlanar”.(Axar.az )

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”