Azərbaycan İdeyası

20 Yanvar facisəi Meksika mətbuatında

Tarix:21-01-2016, 11:58
Baxış Sayı:423

20 Yanvar facisəi Meksika mətbuatında



20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Meksikanın tanınmış “Milenio” qəzetində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun müəllifliyi ilə “Qara Yanvar” adlı məqalə dərc edilib.
"Korrupsiya və Qanun" saytı Səfirlikdən Trend-ə verilən məlumata görə, bildrir ki, məqalədə hər ilin 20 yanvar tarixinin Azərbaycanda və bütün dünyada azərbaycanlılar tərəfindən milli matəm günü olaraq anıldığı, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusunun 35 minlik böyük bir kontingentinin Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Mixail Qarbaçovun əmri ilə Bakıya hücum etdiyi və bu hərbi müdaxilə nəticəsində 134 mülki şəxsin öldürüldüyü və 700 nəfərdən artıq insanın yaralandığı bildirilmişdir.
Mixail Qarbaçovun orduya göstəriş verərək, Bakıda vəziyyəti tam nəzarətə götürmək isrədiyi oxucuların diqqətinə çatdırılaraq, sovet qoşunlarının 1956-cı ildə Budapeştə və 1968-ci ildə Praqaya daxil olduqları kimi Bakıya eyni qəddarlıq və azğınlıqla girdiyi qeyd edilmiş, tankların şəhərdə hərəkət edən hər şeyə və xüsusilə yaşayış binaları, xəstəxanaların pəncərə və dəhlizləri, təcili yardım və minik avtomobillərinə atəş açdığı bildirilmişdir.
Daha sonra baş verənləri beynəlxalq ictimaiyyətdən və SSRİ əhalisindən gizlətmək üçün qoşunların milli televiziyanın enerji blokunu partlatdığı və kütləvi qırğınlar barədə Sovet televiziyasının heç bir məlumat vermədiyi qeyd edilərək, buna bütün ölkə əhalisinin sakit yanşa nümayiş etdirdiyi diqqətə çatdırılmışdır. İkinci dünya müharibəsində yüz minlərlə qurban vermiş Azərbaycan üçün bu qanlı aktın vahid Sovet İttifaqının və dost sovet xalqları ailəsinin sonu demək olduğu qeyd edilərək, nəticədə minlərlə kommunistin öz partiya biletini demonstrativ şəkildə yandırdığı, veternaların öz qəhrəmanlıqları ilə qazandıqları hərbi təltifatlarından imtina etdiyi və qanlı 20 yanvar hadisələrindən sonra Sovet İttifaqını tərk etməyin Azərbaycan üçün yalnız vaxt məsələsi olduğu bildirilmişdir.
Həmçinin “Qanlı Yanvar”ın SSRİ-nin sonu üçün bir başlanğıc olduğu və bu hadisələrin müstəqil Azərbaycan Respublikasının yaradılması üçün ölkədə milli azadlıq hərəkatı və digər siyasi proseslərin inkişafına səbəb olduğu oxucuların diqqətinə çatdırılmışdır.
Faciənin baş verməsindən artıq 26 il keçməsinə baxmayaraq, bu vaxta qədər SSRİ Kommunist Partiyasının rəhbərlərindən heç kimin məsuliyyətə cəlb edilmədiyi qeyd edilərək, azərbaycanlıların müstəqil dövlət qurmaq yolunda həyatlarını qurban verdiyi və bu insanların xatirələrdə daim yaşayacağı bildirilmişdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı