Azərbaycan İdeyası

Azərbaycanda müdir ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI - VİDEO

Tarix:27-01-2020, 16:34
Baxış Sayı:75

Dünən səhər saatlarında Muğanlı-İsmayıllı-Şəki yolunun İsmayıllının Bilzan kəndindən keçən hissəsində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat vermişdik.
Korrupsiya-q.az xəbər verir ki, Qəbələyə turist aparan “Mercedes” markalı avtobusa çırpılan “VAZ 2107”də olan ailə üzvləri Şəki rayonunun Qayabaşı kəndindən olub. Belə ki, kənddəki poçt filialının müdiri olan 44 yaşlı İlham Quliyev həyat yoldaşı və 2 körpə övladı ilə birlikdə Şəkidən Bakıya – paytaxtda yaşayan qayınatasıgilə qonaq gedərkən qəza baş verib. Nəticədə İ.Quliyevlə yanaşı həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva vəfat edib. Ailədən yalnız azyaşlı Elcan Quliyev sağ qalıb, hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Dəhşətli qəzada vəfat edən ailə üzvləri bu gün Qayabaşı kənd qəbiristanlığında dəfn ediləcəklər.
Azərbaycanda turist avtobusu aşdı - ÖLƏNLƏR VAR - VİDEO/YENİLƏNDİ
Qeyd edək ki, qəza Bilzandakı kafelərdən birinin qarşısında baş verib. Sərnişin avtobusu minik avtomobili ilə toqquşduqdan sonra aşıb və xeyli sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO