Azərbaycan İdeyası

Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB

Tarix:27-09-2017, 12:37
Baxış Sayı:280


Ötən gecə İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən 7 nəfərin şəxsiyyəti dəqiqləşdirilib.  Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB
Korrupsiya və Qanun saytı xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində Şəki rayon sakini, 53 yaşlı Abbasov Rahim Sərkər oğlunun idarə etdiyi 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” ilə Böyük Britaniya vətəndaşı, 1965-ci il təvəllüdlü İnqland Vilyam Henrinin sürdüyü 99-AL-238 dövlət nömrə nişanlı “Toyota Prado”nun toqquşması nəticəsində ölən 7 nəfərdən 6-sı iki ailənin üzvü olub.
Belə ki, toqquşma nəticəsində “Opel”in sürücüsü ilə yanaşı, sərnişinləri 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də, 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.
Hadisəyə yolun sürüşkən olması şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

00:46

Sentyabrın 26-da, axşam saatlarında İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib.
Korrupsiya və Qanun saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, “Opel Zafira” və “Prado” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “Opel”in içərisində olan 7 nəfər ölüb.
Dünyasını dəyişənlər arasında uşaqlar da var.
Faktla bağlı araşdırma aparılır.


  Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB
  Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB
  Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB
  Azərbaycanda dəhşətli qəza: 7 ölü – FOTO + YENİLƏNİB

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı