Azərbaycan İdeyası

İsmayıllıdakı dəhşətli qəzada 2 ailə məhv oldu

Tarix:27-09-2017, 15:08
Baxış Sayı:530

  İsmayıllıdakı dəhşətli qəzada 2 ailə məhv oldu
Xəbər verdiyimiz kimi, dünən axşam İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib. Qəzada 3-ü azyaşlı olmaqla 7 nəfər dünyasını dəyişib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza zamanı toqquşan “Opel Zafira” avtomobilinin Qaxdan Bakıya gəldiyi məlum olub və ölənlər də Qax və Şəki sakinləridir. Bir ailədən ata iki qızı ilə, digər ailənin isə başçısı və iki oğlu həlak olub.
1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu,1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu və Şəki sakini Rahim Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüb.
Qəzada dünyasını dəyişənlərin əksəriyyəti Qax rayonunun Qazmalar kənd sakinləridir. Hazırda onların cəsədləri Qaxa aparılır.
Avtomobilə baxış zamanı məktəbli çantaları tapılıb.
Qeyd edək ki, qəzada ağır xəsarət alan “Toyota Prado” nun sürücüsü, Böyük Britaniya vətəndaşı Vilyam Henri isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı