Azərbaycan İdeyası

AZAL-dan VACİB AÇIQLAMA - ''Karantin bitdikdən sonra ...''

Tarix:30-06-2020, 13:57
Baxış Sayı:262


Karantin bitdikdən sonra aviabiletlərin satışı sərnişinlərin istəyinə uyğun olaraq, həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq.
Korrup0siya-q.az Metbuat.az - a istinadən xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən onlayn görüşdə deyib.
O, turizm şirkətlərinin karantin bitdikdən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan E.Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.
E.Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istigamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.
Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb.

R.Hacıyev iyunun 18-dən Azərbaycan Hava Yolları tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib

OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı