Azərbaycan İdeyası

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini TOPLADI

Tarix:2-07-2020, 11:29
Baxış Sayı:280


Ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən kompleks şəkildə həyata keçirilən tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırki vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.
Nazirlikdən Modern.az-a verilən xəbərə görə, bu təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
ADHTİ-da keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 nəfər həkim və orta tibb işçisi həmin təlimlərə cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısa müddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVİD-19 xəstəliyi, onun hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunur, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb. Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əksepidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak ediblər.
Onu da qeyd edək ki, onlayn şəkildə keçirilən kurs və təlimlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Yoluxucu xəstəliklər, Mikrobiologiya və Epidemiologiya, Terapiya və Pediatriya kafedralarının aparıcı əməkdaşlarının iştirakı ilə istirahət günləri daxil olmaqla, hazırda davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı