Azərbaycan İdeyası

Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb

Tarix:2-11-2015, 12:54
Baxış Sayı:442

Həyata keçirilən profilaktik tədbirlər nəticəsində son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi tendensiyası müşahidə olunur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar: “Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur".
Respublikada vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hazırda 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.
Nazirlikdən bildirilir ki, Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb:”Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyası tikilərək istifadəyə verilmişdir. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq DOTS (birbaşa nəzarət altında müalicə) proqramı tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədilə DOTS kabinetlərinin şəbəkəsi yaradılıb. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb. Son illər ərzində müasir standartlara cavab verən Masallı, Tər-tər, Ağdam, Naxçıvan, Quba, Bərdə, Zaqatala, Yevlax, Salyan, Sumqayıtda müasir tipli tibb müəssisələri tikilmiş və müasir avadanlıqlarla təchiz olunub. Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilməkdədir. Bu, əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir”.
Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasını qeyri əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyur. Lakin buna nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur.
Yazar

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı