Azərbaycan İdeyası

Komputeri haradan almalı, Bakıdan, ya Amerikadan? - SƏRFƏLİ ÜSULLAR

Tarix:21-07-2020, 18:20
Baxış Sayı:70


Hazırda onlayn sifariş ilə əksər məhsulları müxtəlif xarici ölkələrdən rahat və tez bir zamanda sifariş verib, Azərbaycana gətirə bilirik. Bu, həm də büdcəmizə qənaət baxımdan sərfəlidir.
Bəs texniki avadanlıqların, elektronika məhsullarının, yəni komputer və onun ehtiyyat hissələri, həmçinin bu kateqoriyadan olan müxtəlif elektron məhsulların onlayn sifariş ilə Azərbaycana gətirilməsinin müsbət cəhətləri hansılardır? Hazırda dünyanın 4 ölkəsindən – Türkiyə, Amerika, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana yük daşıması ilə məşğul olan Mover Logistika və Karqo (Mover.az) şirkətinin eksperti Metbuat.az-a müsahibəsində bildirib ki, xaricdən, xüsusən də Amerikadan elektron məhsulların alış-verişi çox sərfəlidir:

“Hazırda internet ticarət istifadəçiləri komputer və bu kimi elektron cizahları əsasən Amerika saytlarından almağa üstünlük verirlər. Türkiyə və Rusiya elektronika məhsullarını özü də idxal etdiyi üçün burada məhsulların qiyməti, demək olar, Azərbaycanda olan qiymətlər ilə eynidir. Hətta Türkiyədə belə məhsullar Bakıdakından daha bahadır. Azərbaycanda onlayn alış-veriş istifadəçiləri Amerikadan komputer məhsulları almaqla, büdcələrinə iki dəfə qənaət etmiş olurlar. Bakı şəhərində satılan dəyəri 2000-3000 manata satılan komputerlər ''Amazon.com'' kimi saytlarda iki dəfə daha ucuzdur”.

Bəs Amerikadan komputer məhsullarını necə sifariş etmək olur?

Azərbaycanda fəaliyyət göstərən çatdırılma şirkətlərinin vasitəsilə Amerikadan alış-veriş etmək əslində indi çox asandır. Elektron ticarət istifadəçiləri alış-veriş etmək istədiyi Amerika saytında, məsələn, ''Amazon.com'' saytında qeydiyyatdan keçir. Satıcı mağazalar Amerikadan Azərbaycana birbaşa göndəriş etmədiyi üçün burada çatdırılma şirkətləri insanların köməyinə çatır. Amerika saytından sifariş zamanı insanları aldığı məhsulu çatdırılma şirkətinin anbarına göndərir, şirkət isə öz növbəsində həmin məhsulu Bakıya gətirir.

Mover şirkəti də elektron ticarət istifadəçilərinə bu xidməti təklif edir. İnsanlar Mover.az saytında qeydiyyatdan keçərək özlərinə Amerika ünvanı əldə edirlər və alış-veriş zamanı sifarişlərini həmin ünvana göndərirlər.

Amerikadan elektronika məhsulları sifariş edərkən bir məsələyə diqqət yetirmək lazımdır. Məlum olduğu kimi, Azərbaycanda hər bir fiziki şəxsin 30 gün ərzində şəxsi istifadə üçün 1000 dollara qədər məhsul sifariş vermək limiti var. Həmin limit çərçivəsində gömrük rüsumu ödənilmir. Lakin məhsulun və ya ümumi sifarişlərin dəyəri 1000 dollardan yuxarıdırsa, vətəndaş həmin məbləğin 1000 dolları keçən hissəsinə görə gömrük rüsumu ödəyir.

Mover.az-ın eksperti bildirdi ki, son zamanlar Azərbaycanda ''Aliexpress.com'' saytından da elektronika məhsullarını sifariş etməyə də üstünlük verirlər.
Bu saytdan da sifariş zamanı proses eynidir. Sifarişçi Mover.az-ın həmin ölkədəki anbarının ünvanını ''Aliexpress.com'' saytından sifarişi zamanı qeyd edir. Sifariş verdikdən sonra satıcı da həmin məhsulu Mover.az-ın Amerika anbarına çatdırır. Qısa müddətdən sonra Mover.az həmin məhsulu sifarişçiyə çatdırır.
Bəs alıcılar niyə məhz Amerikadan elektron məhsulları sifariş verməyə üstünlük verirlər ?
Burada qiymət məsələsindən sonra digər ikinci, amma əsas məsələ keyfiyyət məsələsidir. Sifarişçi məhsulu Amerikadan almaqla həmin məhsulu həm endirimli qiymətə əldə edir, həm də həmin məhsulun orijinal olması barədə onu əmin edəcək sertifikatı da əldə etmiş olur. Satıcı sifariş zamanı məhsulu alıcıya hədiyyələri ilə birlikdə göndərməklə alıcının diqqətini də özünə çəkmiş olur. Amma Azərbaycanda hansısa elektronika məhsulunu alan zaman alıcılar bir neçə sual barədə düşünməli olur. Ən vacibi isə məhsulun keyfiyyəti barədə olur.
Odur ki, bütün bu suallar barədə düşünməmək və əlavə vaxt itkisi yaşamamaq üçün insanlar daha çox internet üzərindən onlayn qaydada elektronika məhsullarını sifariş verməyə üstünlük verirlər.Komputeri haradan almalı, Bakıdan, ya Amerikadan? - SƏRFƏLİ ÜSULLAR [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO