Azərbaycan İdeyası

Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər

Tarix:4-08-2020, 18:08
Baxış Sayı:184


Azadqadin.az modern.az-a istinadla bildirir ki, hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb:
"Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq".
BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:
"Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik".
E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.


OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ