Azərbaycan İdeyası

“1200 dolları ödəməsəm, bank məhkəməyə verəcək” - Şəhid atası

Tarix:10-06-2016, 19:29
Baxış Sayı:345

“1200 dolları ödəməsəm, bank məhkəməyə verəcək” - Şəhid atası
Aprel döyüşlərində şəhid olan hərbi qulluqçu Adil Adilzadənin atası çətin durumdadır. Bu barədə məlumatı Femida.az -a şəhidin atası özü məlumat verib.

Şəhid atasının sözlərinə görə krediti ödəməkdə çətinlik çəkir. Kamran kişi bildirib ki, Adil sağlığında vaxtı-vaxtıda krediti ödəyirmiş. Onun sözlərinə görə bankdan krediti dollarla götürüb. Götürdüyü məbləği və faizi ödəyib. Bundan sonra dolların qiyməti qalxdığı üçün ona əlavə borc yaranıb. Bu gün şəhid atasının 1200 dollar kredit borcu var. Vəziyyətlə əlaqədar olaraq o krediti ödəməkdə çətinlik çəkir. Bununla bağlı kredit götürdüyü AzərKredit təşkilatına müraciət etsə də müsbət cavab almayıb. Təşkilatdan ona bildiriblər ki, krediti ödəmək məcburiyyətindədir.
Kamran Adilzadə bildirib ki, əgər pulu ödəməsə məhkəməyə verilə bilər.

Femida.az məsələ ilə bağlı AzərKredit təşkilatı ilə əlaqə saxlayıb. Təşkilatdan verilən cavabı təqdim edirik:

“Qanunvericiliyə əsasən müştərilər və onların əməliyyatları haqqında məlumatlar bank sirrini təşkil edir və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən belə məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.”


Qeyd edək ki, şəhid Adil Adilzadə aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib və şəhid olub. Onun cansız bədəni bir müddət düşmən tərəfdə qalıb.


Miri Məcidli
Femida.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye