Azərbaycan İdeyası

“Yalan məlumat yayanlarla bağlı cinayət işi açılır”

Tarix:28-02-2017, 15:37
Baxış Sayı:564

 “Yalan məlumat yayanlarla bağlı cinayət işi açılır”

Cəbhə xəttində insident baş verən kimi sosial mediada bir çox təsdiqlənməmiş məlumatlar, qeyri-etik fotolar, video görüntülər yayılır ki, bununla da düşmən dəyirmanına su tökmüş oluruq. Dəfələrlə bu barədə həm media qurumları və işçiləri, həm də sosial şəbəkə istifadəçiləri şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmur. Düzdür, getdikcə dezinfarmasiya yayan sosial media qurumlarının sayında azalma müşahidə edilir, ancaq bəzi saytlar və bir çox sosial şəbəkə istifadəçiləri heç bir xəbərdarlığa məhəl qoymur.

Belə olan halda sual yaranır ki, bu kimi halları birdəfəlik aradan qaldırmaq üçün nə kimi tədbirlər görmək olar?

Moderator.az-ın mövzu ilə bağlı bu və ya digər suallarına tanınmış media eksperti, professor Qulu Məhərrəmli aydınlıq gətirib.

- Qulu müəllim, sosial mediada ön cəbhə ilə bağlı təsdiqlənməmiş informasiya yayanlarla bağlı nə deyə bilərsiniz?

- Nəzərə almaq lazımdır ki, döyüş hərbi meydanda getmir, informasiya sahəsində də döyüş gedir. Buna görə də bizim sosial şəbəkə istifadəçiləri, informasiya yayanlar, saytlar, qəzetlər bu həssas vəziyyəti nəzərə almalıdırlar. Hərbi əməliyyatlarla bağlı məlumatları Müdafiə Nazirliyi verir. Düzdür, demək olmaz ki, bunlar işini çox yaxşı yarıdırlar, çünki hərbi əməliyyatın gedişinə, hərbi vəziyyətin dəyişməsinə uyğun tez-tez məlumatlar verilməlidir. Təəssüf ki, Müdafiə Nazirliyi bunu hər zaman edə bilmir. Ancaq Müdafiə Nazirliyi indi bizim yeganə məlumat mənbəyimizdir ki, doğru-düzgün, dəqiq məlumatlar verir.
Sosial mediada hansı yerdə döyüş getməsi ilə bağlı, hansı sialhlı texnika ilə bağlı məlumat yaymaq olmaz. Bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır ki, həmin məlumatları kimlər yayır, ümumiyyətlə onların kimliyi bəllidirmi, hansı məqsədlə yayırlar. Kimliyi belə bilinməyən şəxslərə istinad edərək kimsə həmin məlumatları götürüb paylaşırsa, burada artıq ciddi problemlər var.

- Bu kimi halların qarşısını necə almaq olar?

- Bu məsələlərdə vətəndaş cəmiyyətinin özü bir qədər maariflənməlidir. Təkcə jurnalistlər arasında deyil, adi vətəndaşlar arasında da hərbi məlumatların yayılması ilə bağlı ciddi maarifləndirmə işi aparılmalıdır. Sosial şəbəkələrdə xəbərdarlıqlar olmalıdır. Elə düşünürəm ki, bizim təcrübəli jurnalistlər, tanınan insanlar bununla bağlı dərhal xəbərdarlıqlar verməlidirlər. Biz istədik, istəmədik sosial şəbəkədəki məlumatlar sosial mediadan daha sürətlə yayılır. Çünki heç kim məsuliyyət daşımır, nə gəldi, necə gəldi verirlər. Hesab edirəm ki, media qurumlarımız da bu məsələdə maraqlı olmalıdırlar ki, yalan, əsassız məlumatlar yayılmasın. Sonradan təkzib etməyə də ehtiyac qalmasın.
Burada vahid bir qayda tətbiq etmək olmaz, xüsusən də sosial şəbəkələr idarəolunmaz vəziyyətdədir. Yalnız və yalnız vətəndaşlarımız, media qurumlarımız o xəbərlərə qarşı çıxmalıdır. Güya qonşusu və ya qeyri birisi hardansa xəbər verir tipli xəbərləri stimullaşdırmaq olmaz.

- Bu xəbərləri yayanlarla bağlı rəsmi şəkildə hansısa sərt tədbir görmək mümkündürmü?

- Bununla bağlı sərt tədbir görmək mümkün deyil. Ancaq bu, o zaman mümkün olar ki, hərbi şərait elan olunsun. Hərbi şərait elan olunduqda o cür məlumatları yayanlarla bağlı cinayət işi açılır. Bu, dünya tərcübəsində də belədir. Bizdə hazırda hərbi şərait deyil, fövqəlada vəziyyət elan olunmayıb. Amma bu əsas vermir ki, bu adamlar yalançı məlumatlar yaysınlar. Hər halda bunun mənəvi məsuliyyəti var və hər kəs bu məsuliyyəti hiss etməlidir.

- Bu mövzuda televiziyalarımızın üzərinə nə düşür? Bununla bağlı video çarx və ya reklam roliki kimi maarifləndirici bir layihə hazırlayıb təqdim edə bilərlərmi?

- Bəzi şəxslər sanki vətənpərvərliyindən yayır bu məlumatları, amma nə etdiklərini faktiki olaraq dərk etmirlər. Ona görə də sizinlə tamamilə razıyam, maarifləndirmə işi aparılmalıdır, sosial çarxlar yayılmalıdır. Təbii ki, bu barədə sosial çarxları Müdafiə Nazirliyi, dövlət büdcəsindən yayımlanan televiziyalar yaymalıdır. Bu, bir maarifləndirmə işidir. Sosial şəbəkə istifadəçilərinə hərbi vəziyyətdə davranış qaydaları öyrədilməlidir. Sosial şəbəkə istifadəçilərinin müəyyən etik öhdəliyi olmalıdır, onlar bilsinlər ki, bu, kiminçünsə yemək bişirmək deyil. Bu məsələylə zarafat etmək olmaz, bu, vətən məsələsidir, bir əsgərin, alayın taleyidir. Bu məsələlərdə daha çox diqqətli olmaq lazımdır. Buna nə qədər az toxunsalar, bir o qədər yaxşıdır.
Bir daha deyirəm ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bu işdə daha fəal, daha yönləndirici, daha maarifləndirici mövqe tutmalıdır. Elə olsa, əlbəttə ki, belə məsələlər xeyli azalar.

- Təəssüf ki, yanlış məlumatlarla yanaşı şəhidlərimizin düşmən tərəfindən çəkilmiş görüntüləri də yayılır...

- Hər görüntü yayımlaq üçün deyil. Çəkilən fotolar semiotik işarələrdir və o işarələrdən anlayan peşəkarlar həmin fotolardan nəticə çıxarır. Fotoları, videoları yayanlar da anlamalıdır ki, bəlkə paylaşdıqları quramadır. Yəni bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Yenə də deyirəm, vətən məsələsinə, hərbi məsələyə çox böyük diqqət yetirmək lazımdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO