Azərbaycan İdeyası

"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!

Tarix:10-07-2016, 16:57
Baxış Sayı:651

"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!
İnsanlar sosial şəbəkələrdə xüsusilə yay aylarında daha çox şəkil paylaşır. Bəs bunun sizin üçün təhlükə yaradacığından xəbəriniz var? Aydın məsələdir ki, istirahətə yollanan bütün turistlər getdiyi hər yerdə çoxlu şəkillər çəkdirirlər. Və əlbəttə ki, o şəkilləri sosial şəbəkədə paylaşmağa tələsirlər.

Publika.az xəbər verir ki, türkiyəli sosioloq və akademik Əli Murad Kırık bu cür paylaşımların təhlükəli olduğunu deyib. Əli Murad Kırık bəzi istifadəçilərin ünvanlarını da sosial şəbəkələrdə qeyd edərək fotolar paylaşmasını pisləyib.

Sosioloq bildirib ki, getdiyi yer barədə sosial şəbəkədə məlumat verən insanlar daha çox qarətə məruz qalırlar: "İstifadəçilərin sosial şəbəkədə getdiyi hər yeri qeyd etməsi, təəssüf ki, ev qarətlərinə zəmin hazırlayır. Böyük Britaniyada oğurluğa görə həbs olunan məhkumlar arasında aparılan sorğuda da çox maraqlı nəticələr əldə edilib. Məhkumların çoxu evi qarət etməzdən əvvəl onun boş olub-olmamasını sosial şəbəkələr vasitəsi ilə yoxladığını etiraf edib.

Dolayısı ilə məsum görünən bu cür paylaşımlar əslində, oğruların evinizə rahat şəkildə daxil olmasına imkan yaradır. Əlbəttə ki, bunun çıxış yolu sosial şəbəkədə şəkil paylaşmağa son vermək deyil. Sadəcə, şəkil və video paylaşmazdan əvvəl bəzi məqamlara diqqət etmək lazımdır. Məsələn, sosial şəbəkələrdə tanımadığımız insanları dostluğa əlavə etməyin. Həmşinin bəzi məlumaları ancaq dostlarınız üçün açıq saxlayın".

Araşdırmada o da məlum olub ki, türklər, çinlilər və italyanlar tətil zamanı daha çox foto və video paylaşır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı