Azərbaycan İdeyası

Əsgər Xanəli Fəttayev necə ölüb? - Rəsmi

Tarix:30-01-2017, 11:12
Baxış Sayı:365

 Əsgər Xanəli Fəttayev necə ölüb? - Rəsmi

Əsgər Xanəli Fəttayev necə ölüb?Müdafiə Nazirliyi ölən əsgərlə bağlı məlumat yaydı və xəbərdarlıq etdi
Müdafiə Nazirliyi cəbhə xəttində ölən əsgərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Bildiririk ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır".
Nazirlik eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edib.  Əsgər Xanəli Fəttayev necə ölüb? - Rəsmi

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı