Azərbaycan İdeyası

Daşdan səs çıxdı, amma... Və ya susursunuzsa günahkar olduğunuzu etiraf edirsiniz...

Tarix:30-04-2018, 13:51
Baxış Sayı:308




Daşdan səs çıxdı, amma... Və ya susursunuzsa günahkar olduğunuzu etiraf edirsiniz...
“Caspian Service” MMC ittiham etməkdə davam edir.

Sovet dövründə bir lətifə vardı:” Mağazaya daxil olanlar müdirin otağından bərkdən gülüş səsləri eşidirlər. Müştərilərdən biri:

-Bilmirsiz, nəyə gülürlər?

-Yəqin ki, yenə müdir işçiləri ilə “Şikayət və təkliflər” kitabını oxuyur”.

Sovet dövrünü yaşamayan gənc oxucuların nəzərinə çatdırırıq ki, o dövrdə böyük-kiçikliyindən asılı olmayaraq hər bir dükan-mağazada göz-görünən yerdə bir jurnal-kitab asılardı və adı “Şikayət və təkliflər” kitabı idi. Müştəri mağaza haqqında şikayət və təkliflərini bura yaza bilərdi. Bu jurnal sovetin çox prinsipləri kimi əsasən formal xarakter daşıyırdı, çünki bura nadir hallarda kimsə yazardı və o yazılana da fikir verən yox idi. Bu lətifənin mahiyyəti də formallığa qarşı idi, çünki nəticəsi olmurdu.
Dəyərli və diqqətli oxucu bilir ki, “Moderator.az” bu il üç dəfə (11, 27 mart və 17 aprel tarixlərdə) məhkəmə tərəfindən dələduzluğu sübut olunan şəxsin və bu dələduzu müdafiə edən məhkəmə orqanları (təzada baxın) tərəfindən tanınmış tikinti şirkəti ”Caspian Service” MMC haqqında qərəzli-subyektiv qərarlar çıxarılması və məhkəmə icraçılarının fəaliyyətsizliyi barədə şirkətin şikayət-müraciətləri dərc edilib. Qeyd edək ki, həm Azərbaycan, həm də rus dillərində dərc olunan materiallar yalnız bizim saytda deyil, eyni zamanda ölkənin başqa saytlarında da təkrar dərc olunub. Kifayət qədər ictimailəşmiş, ən yüksək instansiyalara ünvanlanan bu şikayətlərdən sonra tezliklə ədalətin öz yerini tutduğu haqqında saytımıza məlumat veriləcəyini gözləyirdik. Məlumat gəldi... Hər şeyin - haqqın da, yalanın da ortada olduğuna baxmayaraq, məsələyə bu günə kimi heç bir reaksiya olmadığı barədə məlumat daxil oldu.

Yuxarıda qeyd etdiyimiz “Şikayət və təkliflər” kitabına qayıdırıq. Susqunluq nümayiş etdirənlərə xatırladırıq ki, kütləvi informasiya vasitəsi divardan asılan jurnal deyil, “Caspian Service” MMC-nin şikayətləri saytımızda dərc olunan zaman onu onminlərlə izləyən oldu və heç şübhə etmirik ki, şikayətin hədəfləri - məhkəmə sistemində bu işlə bağlı qərarlar verən hakimlər, bəzi qərarları yerinə yetirməyən icraçılar, “Aran Qala” MMC-nin dələduzluqda ittiham olunan rəhbərləri və bu işə birbaşa və dolayısı ilə bağlı olan qurumlar da, bu izləyicilər arasında olublar. O zaman “Caspian Service” MMC-yə niyə cavab verilmir?
Susmaq razılıq əlaməti hesab olunur. “Caspian Service”-nin saytımıza ünvanladığı növbəti müraciətində deyilir: ”Deməli, şikayətimizdə haqlıyıq, qarşı tərəf bu ittihamlarla razılaşır, qanunsuz hərəkətlər etdiklərini bilirlər və buna görə də susqunluq nümayiş etdirirlər. Əks halda təkzib verər, əsaslandırılmış cavab yazardılar. Təəssüf ki, keçən şikayətdə deyilən kimi yüksək ranqlı hakimlərdən biri ismarış göndərərək barışığı “Caspian Service” MMC-ni “yalandan müflis olmağa dəvət etməkdə” görmüşdü.
“Caspian Service” maraqlı təhlil apararaq müraciətində yazır: ”Məntiqlə bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır: birincisi belədir ki, “Aran Qala”-nın keçmiş sahibləri Əlihüseyn Hüseynov və ondan “şikayət” edən qardaşı, Latviya vətəndaşı Əlirza Hüseynov bu planı birlikdə hazırlayıblar. Yəni, bir qardaş kərpic zavodunu satıb pulu alır, o biri qardaş isə gəlib alqı - satqıdan şikayət edir, məhkəmə də qardaşın birini dələduzluqda ittiham edir, amma azadlıqda saxlayır. Latviya vətəndaşı olan qardaş da, guya ki, Latviya prezidentinin xahişi ilə zavodu alan tərəfə iddia qaldırıb pul tələb edir, məhkəmə də bu xahişi nəzərə alıb onu təsdiqləyir. Üstəlik, kərpic zavodu üçün “Caspian Service” MMC-nin verdiyi pullar geri qaytarılmır”.
Ümumiyyətlə, “Caspian Service” MMC-nin şikayətlərində yalnız hakimlərin və məhkəmə icraçılarının qərəzli, subyektiv qərarları haqqında deyil, başqa qurumlara toxunulacaq ittihamlar da yer almışdı. “Məsələn, Latviyadakı Azərbaycan diasporasının şikayətdə adı hallansa da, Əlirza Hüseynovun əməlləri barədə öz mövqelərini bildirmədilər. Məhkəmə tərəfindən “Aran Qala” MMC-nin dövlət nəfinə vergi tutulması hökmü çıxarılıb, amma indiyədək 105 032 mant pul vergiyə ödənməyib. Vergi strukturu da bu məsələyə laqeyd yanaşıb, indiyədək dövl
“Caspian Service” MMC-nin indiki müraciətində deyilir ki, “şirkətimizdən xüsusilə külli miqdarda pul vəsaitinin tələb edilməsi yerli mətbuatda geniş oxucu kütləsi tərəfindən izlənsə də, Latviya vətəndaşı Əlirza Hüseynov dərc olunanalara münasibət bildirməmişdir. Fikrimizcə qeyd edilən məsələ Latviya mətbuatında işıqlandırılarsa, Əlirza Hüseynov bu haqda məsələyə münasibət bildirəcəkdir.
“Caspian Service” bu dəfə bizə ünvanladığı müraciətdə yalnız mətbuatdakı şikayətlərlə kifayətlənmədiklərini, eyni zamanda adi və elektron poçt vasitəsilə bir sıra ünvanlara şikayət-müraciətlər göndərdiklərini də xüsusi vurğulayıb. Aşağıda bu ünvanları oxucuların da diqqətinə çatdırırıq. “Caspian Service” MMC müraciətində həmin ünvanları bu cür sadalayır:
“1. Ali məhkəmənin hakimi Zakir Quliyevə - ilk iclas 14.03.2018-ə təyin edildikdən sonra təxirə salınıb, o vaxtdan xəbər yoxdur, prosesin növbəti mərhələsinin nə vaxta təyin ediləcəyi naməlum qalır.
2. Ali məhkəmənin rəhbərliyinə ünvanlanmış müraciət - mətbuatda da adları hallanan rəhbərlik və başqa hakimlər haqqında müraciətlər, həmçinin subyektiv və qərəzli qərarlar verdiklərinə görə “Caspian Service” MMC tərəfindən tək və kollektiv müraciətlər olub, cavab yoxdur.
3. Tikinti şirkətini təmsil edən Əliyev Allahverən Şükür oğlu Konstitusiya məhkəməsinə, qarşı tərəfin saxta müqavilə və imza epizodu üzrə müraciət edib, indiyədək dərc olunan məqalələr ora təqdim olunub, reaksiya yoxdur.
4. Qarşı tərəfin tez-tez Latviyanın səlahiyyətli dövlət adamlarının adını hallandırıb bu işə təsir etdikləri barədə dediklərinə münasibət bildirmək üçün Latviya seyminin sədri İnara Murnietseyə müraciət edilib.., cavab yoxdur.
5. Latviya Respublikası prezidenti Zati - aliləri Raymond Veyonisə, məhz daha çox bu işdə onun xahişlərinin yer alması, guya onun israrlı müraciətləri barədə kollektiv müraciət edilib, cavab yoxdur.
6. Yuxarıda qeyd edilənlər barədə və rus dilində çıxan mətbu yazılar Latviyanın Azərbaycandakı səfiri cənab Yuris Maklakovsa göndərilib, Latviya seyminə və prezidentinə olan məktublar səfirliyə təqdim edilib, nəticə barədə indiyədək cavab verilməyib.
7. Bütün qeyd olunanlar, ümumiləşdirilmiş halda Azərbaycanın Latviyadakı səfirliyinin həm elektron, həm də poçt ünvanına göndərilib. Təəssüf ki, burdan da cavab yoxdur”.
“Ümid sonuncu ölür” deyirlər, “Caspian Service” MMC-nin çoxsaylı kollektivi də hələ də ümidini itirmir və adları çəkilən ünvanlardan müsbət reaksiya gələcəyinə inamını saxlayır. Gözləyək...

Redaksiyadan: Baxmayaraq ki, saytımızda artıq dördüncü dəfədir ki, “Caspian Service” MMC-nin şikayətləri dərc olunur, qarşı tərəfdən bizə də heç bir cavab verilməyib. Amma biz qayda-qanuna əməl edərək yenə də yazırıq: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO