Azərbaycan İdeyası

HAKİM SƏHİYYƏ NAZİRİNİN MƏHKƏMƏSİNDƏ TƏRƏF KİMİ ÇIXIŞ EDİR

Tarix:3-04-2017, 09:30
Baxış Sayı:716



Həkim vəzifəsinə işə qəbul olmaq üçün 2015-ci ildə sertifikat almış İbrahimova Failə Abbas qızı redaksiyamıza ünvanladığı ərizəsində yazır ki, ixtisası üzrə məşğulluğunu təmin etmək üçün üç dəfə Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edib sənədlərini təqdim etsə də, ona heç bir cavab verilməyib. Axırda məcburiyyət qarşısında qalıb Səhiyyə Nazirliyini "Vətəndaşların müracətlərinə baxılması haqqında" Azərbaycan Respublikası Qanununu pozduğuna görə məhkəməyə verib. Onun iddia ərizəsi baxılması üçün 1 saylı inzibati-iqtisad məhkəməsinin hakimi Şərafət Məmmədovaya həvalə edilmişdir.
Ərizədən oxuyuruq: "Mən məhkəmədə vəsatətlər qaldırdım ki, Səhiyyə Nazirliyi mənim ərizələrimi cavabını məhkəməyə təqdim etsin. Məhkəmə iclasında səhiyyə nazirinin özü deyil, Nazirliyin hüquqşünası iştirak etdi. Baxmayaraq ki, mən ona səhiyyə nazirinin özü tərəfindən etibarnamə verilməsinin və notarial qaydada təsdiqlənilməsinin vacibliyi barədə "Etiraz" ərizəmi də məhkəməyə vermişdim. Hakim bu tələblərimə heç əhəmiyyət də vermədi. Bununla əlaqədar mən hakim Ş. Məmmədova tərəfindən məhkəmə iclasının aparılmasına "Etiraz" ərizəmi təqdim etsəm də, buna da əhəmiyyət verilmədi. Bunun ardından növbəti "Etiraz" ərizəmi bu dəfə məhkəmənin sədrinə göndərdim. Lakin sədr də cavab verməyərək, heç bir münasibət bildirmədi. Bununla da sədr hakim Ş. Məmmədovanın qanunsuz hərəkətlətini bir növ dəstəkləd”i.
Hakim Ş. Məmmədova 01.12.2016-cı il, 16.01.2017-ci il, 27.01.2017-ci il tarixli məhkəmə iclaslarının Qərardadını çıxarır və həmin sənədin "Qərara aldım" hissəsində göstərir ki, Failə İbrahimovanın Səhiyyə naziri tərəfindən qəbul edilməsi və ərizələrinə cavablar verilməsinə dair məhkəməyə verdiyi ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. F. İbrahimova məhkəmə sədrinə məhkəmə hakiminin hərəkətlərinə qarşı daha bir "Etiraz" ərizəsi təqdim etmişdir.
F. İbrahimova ərizələrinə Səhiyyə Nazirindən cavab alanadək mübarizə aparmağa israrlıdır. O, redaksiyamıza müraciət edərək, qarşılaşdığı bürokratik maneə və məhkəmə haqsızlığı üzrə araşdırma aparmağı və sonrakı mümkün məhkəmə çəkişmələrində şəffaflıq məqsədilə qəzetimizin əməkdaşının iştirakının təmin olunmasını xahiş etmişdir.

Mehman Ələkbəroğlu

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı