Azərbaycan İdeyası

TORPAQ ÇƏKİŞMƏSİNDƏ MƏHKƏMƏ İŞÇİLƏRİNİN HƏMKAR HƏMRƏYLİYİ

Tarix:22-07-2016, 15:46
Baxış Sayı:870

Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində deyilir ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Həmin məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yaqlnız müdafiə tərəfindən məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarılması üçün əsasdır. Amma praktikada məhkəmələrin bu prosessual hüquq normalarını pozması hallarına rast gəlinir. Xüsusilə də maraqlı şəxs məhkəmə işçisi olduqda.
Mingəçevir şəhəri 20 yanvar küçəsi, ev-33, mənzil-16 da yaşayan Qayıbov Bəhman Zakir oğlu redaksiyamıza ünvanladığı ərizədə yazır ki, 22 iyul 2004-cü ildə Xəlilova Tubuxanım Əmir qızı onlara məxsus olan 23 iyul 1996-cı il tarixli 653 saylı sərəncamdan çıxarış sənədi ilə mənə 6 sot torpaq sahəsini 600 min köhnə Azərbaycan manatı ilə (indiki 300 man) satmışdır. "Biz həmin vaxt dərhal tikinti apardıq. Yeddi ildən sonra, yəni 2011-ci ildə torpağı bizə satan şəxs gəlib bizi orada tikdiyimiz evdən məhkəmə yolu ilə çıxartmaq istəyir. Biz həmin məhkəmə qərarından apellyasiya şikayəti verdik. Yevlax rayon məhkəməsi 07.02.2012-ci il tarixli hökmü ilə həmin evin bizim adımıza keçirilməsinə qərar çıxarsa da, aidiyyəti qurumlar buna əməl etmir".
Ərizəyə qoşma edilmiş iş materiallarından aydın olur ki, doğrudan da Yevlax rayon məhkəməsi 07 fevral 2012-ci il tarixli qətnaməsi ilə Lyudmila Qayıbovanın (Bəhman Qayıbovun qızı) iddiasını təmin edərək, Tubuxanım Xəlilovanın iddiaçının sabiq əri Elşad Həsənovun arasında 22 iyun 2004-cü il tarixdə 600 kv. m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi etibarlı hesab edilib və həmin torpaq sahəsi L. qayıbovasnın mülkiyyətinə verilmişdir. Mülki iş üzrə cavabdeh T. Xəlilovanın L. Qayıbovaya qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması və özbaşına tikilmiş tikilinin sökülməsi barədə qarşılıqlı iddiası isə rədd edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2012-ci il tarixli qətnaməsi ilə T. Xəlilovanın yuxarıda göstərilən qətnamədən verdiyi apellyasiya şikayəti təmin olunmuş, L. Qayıbovanın isə alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən L. Qayıbovanın verdiyi kassasiya və əlavə kassasiya şikayəti təmin olunmamışdır.
Qayıbova işə yenidən baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Palatası isə şikayətin işin faktiki halları ilə bağlı olduğunu əsas gətirərək icraata qəbul etməmişdir: "Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmasına yol verilmir".
Görünən xüsusatlardan biri və birincisi budur ki, Tubuxanım Xəlilova ilə bütün bu proseslərdə tərəf müqabili kimi çıxış edən oğlu Xabarov İlkin Qurban oğlu Mingəçevir Məhkəməsində işləyir.
Bundan başqa kassasiya instansiyasında məhkəmə kollegiyası ana və oğulun qarşılıqlı iddia tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."