Azərbaycan İdeyası

"AZFEN" şirkətinin həndəvərində dolandırıcılıq

Tarix:18-09-2018, 16:11
Baxış Sayı:327

Çörək dalınca əyalətdən paytaxta üz tutanların qarşılaşdıqları problemlərdən biri və bəlkə də elə birincisi onların başqaları tərəfindən iş təklifi ilə aldadılaraq rüşvət qoparılması, sonra da əllərinin boşda qalmasıdır.
Sabirabad şəhər rayon sakini Məcidov Qismət Möhübbət oğlu redaksiyamıza məktubla müraciət edərək özünün və qohumalarının başına gələnləri bildirmişdir:
"2017-ci ilin yayında Sabirabad rayonundan Bakı şəhərinə iş axtarmaq üçün gəlirdim. Belə ki, Bakıya gələndə əvvəllər tanıdığım və mütəmadi olaraq sərnişin kimi maşını ilə Bakıya gedib-gəldiyim Anar adlı şoferlə yolda söhbət edərkən, paytaxta iş üçün getdiyimi ona bildirdim. Sürücü Anar mənə dedi ki, Bakıda iş axtaranları işlə təmin edən Tağıyev Anar Andrey oğlu adlı bir nəfər tanıyır, yaxın vaxtda məni də işə düzəldə bilər. Əgər istəsəm, ona deyə bilər. Amma Anar Tağıyevə müəyyən qədər hörmət etməliyəm ki, işim alınsın. Mən şofer Anardan "hörmətin" nə qədər olacağını soruşdum. Dedi ki, narahat olma, çox olmaz. Mən də razılaşdım.
Bundan sonra şofer Anar öz dostuna zəng etdi və 2017-ci ilin iyul ayının ikinci yarısında Bakı şəhərində, "Azneft" dairəsində SOCAR-ın binasının qarşısında Anar Tağıyevlə görüşdüm. Görüş zamanı Anar Tağıyev mənə "AZFEN - JV" şirkətində anbardar öməkçisi vəzifəsinə - ayda 1200 (bir min iki yüz) manat maaş qarşılığında iş təklif etdi. Və bu işə düzəlməyimçün məndən 1800 (Bir min səkkiz yüz) manat pul istədi və qeyd etdi ki, bu axşam pulu və tələb olunan sənədləri (şəxsiyyət vəsiqəmin surətini və yaşayış yerindən arayış və Mərkəzi Neftçilər Xəstəxanasından sağlamlıq haqqında arayış) versəm, adımı ən qısa vaxtda "AZFEN-JV" şirkətinin işçi siyahısında kompyuterə salacaq və ən uzağı iki aya işə başlayacağam. Həmçinin, Anar Tağıyev SOCARın inzibati binasını göstərərək bildirdi ki, mənim əsas iş yerim buradır, ancaq sən işə başlasan Bibiheybət yaxınlığındakı idarəmizdə işləyəcəksən..."
Q.Məcidov yazır ki, Anar Tağıyevin səmimi və inandırıcı söhbəti, ən əsası isə özünün işə olan ehtiyacı üzündən ona inanmışdır:
"Görüşdüyümüz gün təqribən səhər saat 11:00 radələrində "Azneft" dairəsinin yanında, SOCARın inzibati binasının qarşısında işə düzəlmək üçün Anar Tağıyevə 1800 (Bir min səkkiz yüz) manat pul verdim. Belə ki, A.Tağıyev məndən pulları aldı və sabah üçün məndən tələb olunan sənədləri götürməyimi istədi. Mən də səhəri gün şəxsiyyət vəsiqəmin surətini və yaşayış yerindəın arayışı Anar Tağıyevə verdim, ancaq o, sağlamlıq haqqında arayışı tək almağıma icazə vermədi. Bildirdi ki, arayışa hələ ehtiyac yoxdur, zamanı gələndə birlikdə alacağıq".
Şikayətçinin sözlərinə görə, A.Tağıyev bundan sonra sənədləşmə işlərinin bitdiyini qeyd edərək, ən yaxın vaxtda işə çağırılacağını və bunun üçün uzağı bir ay gözləmək gərəkdiyini demişdir:
"Mən də işə çağırılacağım vaxtı gözləməyə başladım. Bu zaman mənim yaxın qohumlarımdan Pərvin və Samir də mənim işə düzələcəyimdən xəbər tutdular və məndən xahiş etdilər ki, mənə iş tapan adamın nömrəsini onlara verim. Mən də A.Tağıyevin mobil nömrəsini qohumlarıma verdim.
A.Tağıyevlə son görüşümüzdən bir ay keçsə də, işə çağırılmadım və A.Tağıyevə zəng edib soruşdum ki, məni niyə işə çağırmırlar. O, dedi ki, narahat olmağa səbəb yoxdur, bir neçə günə işə başlayacaqsan. Mən də gözləməyə məcbur oldum. Ancaq, bu danışıqdan da bir neçə ay ötdü, lakin iş üçün məni heç yerə çağırmadılar, A.Tağıyev isə hər ay eyni sözləri deyərək işə başlama əmrinin verilməsini gözlədiyini və bütün işin gecikməsinin səbəbinin də əmrin verilməməsi olduğunu bildirirdi.
Beləliklə, bir neçə ay daha ötdü, lakin məni işə çağırmadılar. 2018-ci ilin fevral ayının sonunda A.Tağıyevə zəng edərək, ona verdiyim pulu tələb etdim. A.Tağıyev isə gülərək mənə dedi ki, daha narahat olmağıma əsas yoxdur, iş üçün əmrim verilib, mart ayının sonu - aprel ayının əvvəli rəsmi olaraq işə çıxacağam. Lakin, bunun üçün bir-iki sənədləşmə işləri var, gərək onları da sahmana salaq.
Beləliklə, 2018-ci ilin mart ayında A.Tağıyev özü şəxsən məni Mərkəzi Neftçilər Xəstəxanasına gətirdi və özünün tanıdığı həkimdən mənim sağlam olmağım haqqında arayış alaraq mənim iş yerimə təqdim edəcəyini dedi. Və qeyd etdi ki, uzağı on günə işə başlayacağam.
Belə ki, 2018-ci ilin aprel ayının birinci həftəsində, A.Tağıyevə zəng etdim ki, bəs nə oldu işim, o da bütün sənədlərin hazır olduğunu, ancaq əmək kitabçasının yazılmadığını dedi və görüşüb kitabçanı imzalamam gərəkdiyini bildirdi. Mən də həmin günü xalam oğlu Məmmədlə birlikdə "28 ma" tərəfdə A.Tağıyevlə görüşdük və üçümüz birlikdə Bibiheybətdə yerləşən "AZFEN - JV" şirkətinə getdik. Burada bizi A.Tağıyevin iş yoldaşı Elçin adlı adam gözləyirdi. Onunla görüşdük və şirkətin giriş qapısının yanında, şirkətin sənədləşmə işlərini aparan başqa bir işçini gözləməyə başladıq. Təqribən bir-iki dəqiqə sonra şirkətin həyətindən bir kişi çıxdı və bizə yaxınlaşdı. A.Tağıyev həmin adamın şirkət işçisi olduğunu, adının da Natiq olduğunu deyərək, mənim sənədlərimi gətirdiyini dedi. Və Natiqlə görüşdüm, o, mənim əmək kitabçamı gətirdiyini və kitabçanı imzalamam gərəkdiyini dedi. Və mənə adımın yazıldığı əmək kitabçasını verdi ki, imzalayım. Mən də kitabçanı imzaladım. A.Tağıyev mənə dedi ki, bütün sənədləşmə tamamlandı artıq, qaldı bir əmək müqaviləsini imzalamaq, o da işə başlayanda olacaq, bir müddət də gözlə, işə çağırılacaqsan. Mən də şirkətinişçilərini gördükdən və əmək kitabçasını da imzaladıqdan sonra onunla razılaşdım.
Bu zaman mənimlə birlikdə gələn xalam oğlu Məmməd də A.Tağıyevlə inandı və onu da işə düzəltməyini xahiş etdi. A.Tağıyev də xalam oğlu Məmmədə eyni şirkətdə sürücü işini təklif etdi və bu iş üçün Məmməddən 1800 (Bir min səkkiz yüz) manat pul istədi.
Həmçinin qeyd edim ki, əmək kitabçasını imzaladığım gün A.Tağıyev mənə dedi ki, məni şəhərə gətirən şofer Anara da hörmət etməliyəm, çünki bu işdə Anarın da payı var. Ona görə də şofer Anara 200 (iki yüz) manat verməliyəm. Mən də 2018-ci ilin aprel ayında Bakı şəhəri, 3-cü mikrorayon dairəsində şofer Anarla görüşüb ona həmin məbləğdə pulu verdim.
Lakin, bütün bu məsələlərdən sonra məlum oldu ki, A.Tağıyev məni aldadaraq məndən toplam 2000 (iki min) manat pul alıb. Mənim bu fikrə gəlməyimdə əsas səbəb budur ki, A.Tağıyev tək məndən yox, mənim qohumlarımdan - Pərvəndən fəhlə işinə düzəltmək adıyla - 2500 manat, Samirdən kadrlara işə düzəltmək adıyla - 2600 manat, Məmməddən şofer işinə düzəltmək adıyla - 1800 manat və dostum Rzadan da şofer işinə düzəltmək adıyla - 1600 manat pul alıb və onlara da mənə dediyi sözləri deyib. Lakin, onları da nə işlə təmin edib, nə də ki aldığı pulları qaytarıb.
\Mən dəfələrlə A.Tağıyevlə telefonla danışmışam ki, mənim pulumu qaytarsın, lakin o, pulumu qaytarmayacağını deyərək, heç kimdən qorxmadığını bildirir. Sadəcə olaraq deyir ki, kişinin kişiyə borcu olar, gözlə, pulum olar, borcumu qaytararam.
Qeyd etdiklərimdən də göründüyüm kimi, A.Tağıyev məni dolandırıb. Ona bu işdə yaxından kömək edən şəxslər də vardır ki, onlardan biri hazırda Sabirabad-Bakı yolunda "xaltura" edən şofer Anardır. A.Tağıyevin əlbir olduğu digər iki nəfər Natiq və Elçin barəsində heç nə bilmirəm. Ümumiyyətlə, nə A.Tağıyev, nə Elçin, nə də ki, Natiq adlı adamlar "AZFEN - JV" şçirkətində işləmir. Sadəcə olaraq, onlar banda şəklində insanları dolandıraraq dələduzluq edirlər".
Q.Məcidov və digər aldadılmış vətəndaşlar göstərilən faktları ictimailəşdirib aidiyyəti orqanların diqqətinə çatdırmağı redaksiyamızdan xahiş etmişlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO