Azərbaycan İdeyası

"Adımdan bu cür istifadəyə görə hüquq-mühafizə orqanlarına müraciət edəcəm"

Tarix:10-03-2017, 11:11
Baxış Sayı:976

Əziz dostlar,əziz Tovuzlular!"Adımdan bu cür istifadəyə görə hüquq-mühafizə orqanlarına müraciət edəcəm"
Anar Tağıyev adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin qurbanı olan insanlar mənə buradan inboksa yaza bilərlər və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm.
Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə mütlq bizə Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək. Və bu cür fırıldaqçılara inanmayın ki sabah zərərə düşəsiniz. Bu artıq üçüncü dəfədir ki kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik.
Eyni zamanda bütün idarə və qurumlara xahiş edirəm ki mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram. Kimlərsə kiməsə mənim adımdan zəng edərsə xahiş edirəm heç zaman inanmayın.

Qənirə Paşayeva, millət vəkili

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı