Azərbaycan İdeyası

Astaralı fermer qardaşların torpağı əllərindən alınır - İcra nümayəndəsi qaynına şadlıq sarayı tikəcək

Tarix:14-09-2018, 15:54
Baxış Sayı:403

Astara rayonunun Kolatan kənd sakini Kərimov Bəhruz Feyruz oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, Astara rayon İcra Hakimiyyətinin Şiyəkəran kənd ərazi vahidi üzrə nümayəndəsi Tofiq Əliyev tərəfindən aldadılaraq böyük məbləğdə pulunun əlindən alındığından şikayətlənmişdir. B.Kərimov müraciətinin əvvəlində sosial durumu haqqında arayış verərək, özünün 6, qardaşı Vicay Kərimovun isə 5 azyaşlı uşaq atası olduqlarını bildirmişdir:
"Min bir əzab-əziyyətlə qazanıb toplamış olduğum pulla özümə və qardaşıma həyətyanı torpaq sahəsi almaq, üzərində fərdi yaşayış evi tikmək məqsədilə 2005-ci ildə Astara RİH-nin Şiyəkəran kənd üzrə nümayəndəsi Tofiq Əliyevə müraciət etdim. O, mənim savadsız çoban olduğumdan sui-istifadə edərək 35000 (otuz beş min) dollar müqabilində 0,50 hektar torpaq sahəsini mənim və qardaşımın adımıza rəsmiləşdirəcəyini vəd etdi. Fərdi evə ehtiyacımız olduğundan onun istədiyi pulu verdim. T.Əliyev mənə torpaq sahəsini göstərərək bildirdi ki, gedim, öz evimi tikim, maraqlanan olsa, onun adını verim. Bundan sonra həmin ərazidə mən və qardaşım özümüz üçün iki fərdi yaşayış evi inşa etdirdik. Biz artıq həmin evlərdə illərdir ki, yaşayırıq və fermerçiliklə məşğuluq".
B.Kərimov bildirir ki, bir aydır Tofiq Əliyev onun üstünə hücum çəkir və həmin torpaq sahəsinin 0,35 hektarını geri tələb edir:
"Üstündə Rusiya Federasiyası vətəndaşı olan öz qaynı Kamal İnətulla oğlu İzzətov üçün şadlıq sarayı inşa etdirmək istəyir. Mən ondan verdiyim 35 min manatın necə olacağılnı soruşanda T.Əliyev cavab verdi ki, "vermisən, verməmiş hesab et, mən öz istədiyimə nail olacam".
Kərimov həmçinin qeyd etmişdir ki, T.Əliyev nəhəng varidata, qiyməti böyük kəmiyyətdə pullarla ölçülən mala-mülkə sahibdir ki, buna da korrupsiya və rüşvət əməlləri hesabına yiyələnmişdir:
"Ona məxsus oteldə dövlət məmurları nahar eləyirlər, onun ixtiyarında olan geniş fermer təsərrüfatlarının məhsulundan istifadə edirlər. Mənsə rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi Rauf Aslanov tərəfindən təzyiqə məruz qalıram".
Redaksiyadan problemin ictimailəşdirilməsini, özbaşına məmurların ifşa olunmasına köməkliok göstərilməsini xahiş edən Kərimov bildirib ki, məcburiyyət qarşısında qalaraq problemlə əlaqədar avqustun 7-də Nazirlər Kabinetinin aparat rəhbərinin qəbulunda olmuşdur:
"Baş verənləri həm şifahi, həm də yazılı formada məruzə etmişəm. Baş prokurora, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə müraciət etmişəm. Hal-hazırda biz vətəndaşları o həddə çatdırırlar ki, özümüzə qəsd edək. Bu özbaşınalıqlara son qoyulmalıdır". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO