Azərbaycan İdeyası

HARAYLI ŞADLIQ SARAYI

Tarix:26-01-2018, 12:22
Baxış Sayı:289


Müdriklərin sözü var: "Bir möhtəşəm sarayın inşası əgər bir körpənin ağlamasına səbəb olubsa, o saray gec-tez mütləq yelə-yeksan olacaqdır".
Şabran şəhər sakini II qrup əlil vətəndaş Yarməmmədov Əziz Ocaqqulu oğlu redaksiyamıza ünvanladığı məktubunda məlumat verir ki, dövlət tərəfindən ona şəhərin Qulam Qasımov küçəsində fərdi yaşayış evi tikmək üçün 2 sota yaxın (199 m2) torpaq sahəsi verilib. Aidiyyati orqanlardan torpağın sənədlərini də alıb. Həmin torpağın üzərində yaşayış evi inşa edib 6 nəfərdən ibarət ailə üzvləri ilə birgə köçüb yaşayır.
Yarməmmədov daha sonra yazır ki, evinin yaxınlığında Feyziyev Müzəffər Camı oğlu heç bir qanuni sənədi olmadan şadlıq evi inşa etmək istədiyini və tikinti üçün yerin azlıq etdiyini, onun torpaq sahəsinin bir hissəsinə ehtiyacı olduğunu bildirib. Məktub müəllifinin sözlərinə görə, Feyziyev ona dəfələrlə müraciət edərək evi ona verəcəyi təqdirdə ayrı yerdə 5 sot torpaq sahəsi və mövcud evinin ölçüsündə ev tikdirəcəyini vəd edib. Xeyli israrlardan, uzunmüddətli danışıqlardan sonra inandıraraq razı sala bilib. Feyziyev vəd etdiyi evi tikdirməyə başlayıb, Yarməmmədovları isə aylıq pulunu özü ödəmək şərtilə kirayə tutduğu başqa evə köçürüb, onların evini isə söküb yerində şadlıq evini ucaldıb. Sarayın tikintisi tez bir zamanda tamamlansa da, Yarməmmədovların təzə evinin inşası ləngiyib. Sonradan Yarmməmmədov xəbər tutub ki, onun üçün tikilməkdə olan yarımçıq evi ondan xəbərsiz başqa adama satıblar. Başa düşüb ki, onu qabaqcadan düşünülmüş şəkildə planlı surətdə aldadıblar. Yarməmmədov qeyd edir ki, Feyziyev ondan aldığı evlə bərabər 142 m2 torpaq sahəsini zəbt edib, həmçinin vaxtilə hərracdan almış olduğu beton blokları da özününküləşdirib. Bütün bunlar azmış kimi Feyziyev yenidən məhkəmədə iddia qaldıraraq Yarməmmədovun istifadəsində qalan 160 m2 torpağı da məhkəmə yolu ilə onun əlindən almağa çalışıb, lakin iddiası əsassız olduğundan bu istəyinə nail ola bilməyib.
Yarməmmədov yazır ki, pulunun, imkanının çoxluğu ilə öyünərək qanunlarla hesablaşmayan Feyziyev artıq 8 ildir nə onun evini tikib verir, nə də evin və hərracdan aldığı digər əmlakın qarşılığında pul ödəyir. Şikayətçi redaksiyadan xahiş etmişdir ki, onun konstitusion hüquqlarının təmin olunması üçün problemi KİV-də ictimailişdirilsin, aidiyyəti üzrə lazımi instansiyaların diqqətinə çatdırılsın.

Sədulla Bağırov

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı