Azərbaycan İdeyası

NƏSİMİ POLİSİNDƏ QEYRƏT PROBLEMİ

Tarix:14-09-2018, 15:01
Baxış Sayı:1 108

15.01.2016-cı il tarixdə Şirvan şəhəri M.Əsədov küçəsi ev 39 ünvana silahlı basqın olub. Basqınçılar evin sakini Abdullayeva Leyla Əsgər qızının boğazına bıçaq dirəyərək, hədə-qorxu yolu ilə 500 (beş yüz) manat pulu, "Toshiba" noutbukunu, 70769 (yetmiş min yeddi yüz altmış doqquz) manat dəyərində 33 adda qızıl zinət əşyalarını oğurlamışlar. 27.03.2016-cı il tarixdə soyğunçular - Şirvan şəhəır sakinləri Novruzov Zahid Zahir oğlu və Ağayev Təbriz Əloğlan oğlu tutulmuşlar. Onlar apardıqları zinət əşyalarını Bakı şəhərində "Moskva" univermağı kimi tanınan ticarət mərlkəzində o vaxtadək uzun müddət imiş ki qızıl alverilə məşğul olan Rəhimov Emil Əlipaşa oğluna dəyərindən yeddi dəfə ucuz qiymətə satmışlar.
Bütün bu olanlar barədə redaksiyamıza müraciət edən zərərçəkmiş Leyla xanımın oğlu Baxşıyev Elçin İltifat oğlu ərizəsində göstərir ki, Emil Rəhimov həmin qızılları hara yoxa çıxarması, kimə satması barədə qeyri-müəyyən ifadə verərək hər vəchlə məsuliyyətdən yayınmağa çalışmaqdadır. Onun fikrincə, Şirvan şəhər Polis Şöbəsi E.Rəhimov barəsində heç bir təsirli tədbir görülməmiş, əksinə, ona havadarlıq edilmişdir.
29 dekabr 2016-cı il tarixdə AR Cinayət Məcəlləsinin 194.2 maddəsi ilə istintaq edilən 160260186 nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İstintaq işini İlqar Həşimov aparmışdır. İstintaq işi heç bir nəticə verməmişdir. Elçin Baxşıyev narazılığını ifadə etmək üçün Nəsimi rayonunun prokuroru cənab Salman Məmmədlinin qəbulunda olduğunu, prokuror müavini - prokurorluğun istintaq şöbəsinin rəisinin onu diqqətlə dinlədiyini qeyd edir. Onun sözlərinə görə, prokuror özü də istintaqın gedişindən narazı qaldığını bildirmiş, ona köməklik ediləcəyinə söz vermişdir. Prokuror bu istintaq işinin gedişinə nəzarəti öz müavini Rauf Qasımova və İŞ-nin rəisi Oruc Əmiraslanova tapşırmışdır. İstintaq işi İlqar Həşimovdan alınaraq Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöpbəsinin digər müstəntiqi Ruhin İbrahimova tapşırılmışdır. Hərçənd, bu dəfə də nəticəsiz qalan istintaq zərərçəkəni qane etməmişdir. Ruhin İbrahimovun 22.02.2018-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat AR Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (hazırda cinayət işçi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir).
Elçin Baxşıyev haqqında cinayət işi qaldırılmış Emil Rəhimovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinin vacibliyini vurğulayır. Belə ki, onun fikrincə, oğurluq malları qanuni rəsmiləşdirmədən, yeddi dəfə dəyərindən ucuz qiymətə cinayətkarlardan satın alan Rəhimovun vergidən yayınması, sosial sığorta üzrə hesablaşması araşdırma predmeti olmalıydı. Baxşıyev redaksiyadan məsələnin ictimailəşdirilməsini, aidiyyəti qurumların diqqətinə çatdırmağı xahiş etmişdir.
Baxşıyevin bizə göndərdiyi ərizəyə qoşma etdiyi materiallardan görünür ki, dəfələrlə müraciət etdiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən, Baş Prokurorluqdan qeyri-qənaətbəxş, eyni məzmunlu, hətta hərf səhvləri belə bir-birini təkrarlayan məktublar almışdır.
Sonucda Baxşıyevə bildirilmişdir ki, əmlakının Rəhimov Emil Əlipaşa oğluna satılması faktı ilə bağlı CM-nin 194.2 (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə ayrılmış cinayət işinin icraatına Nəsimi RPİ-nin İŞ-də əməldə cinayət tərkibi olmaması əsası ilə CPM-nin 39.1.2 maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Hüquq-mühafizə və cinayət təqibi orqanlarının "güclərinin çatmadığı" əsas məsələ quldurlarla qızıl
alverçisi E.Rəhimovun arasında vasitəçilik etdiyi bildirilən Qeyrət adlı adamın şəxsiyyətini hələ indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Zərərçəkənlər isə Nəsimi polisinin Qeyrəti tapacağı vaxtadək gözləməyə səbrləri çatmır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO