Azərbaycan İdeyası

ABŞERON POLİSİNİN BAŞ MÜSTƏNTİQİ ƏLÇATAN ŞÜBHƏLİLƏRİ BURAXIB İTKİN DƏLƏDUZU "AXTARIR"

Tarix:26-01-2018, 12:18
Baxış Sayı:253


Ağsu rayonunun Qəsəd kəndində qeydiyyatda olan, hal-hazırda Xırdalan qəsəbəsində yaşayan vətəndaş Alıyeva Eminə Fətəli qızı redaksiyamıza yazdığı məktub əsasında hazırladığımız və qəzetin ötən sayında dərc olunmuş "Qardaşından və yeznəsindən şikayət etdi - oğlunu həbsdən qurtarmaq üçün pulunu alıb aldadıblar" sərlövhəli məqaləyə hüquq-mühafizə orqanlarından reaksiya gəlib.
Daxili İşlər Nazirliyinə ünvanladığımız müraciətə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. İdarə tərəfindən poçtumuza göndərilmiş 23 noyabr 2017-ci il tarixli məktubda yazılıb: "Müəyyən olunmuşdur ki, Xəyyam Piriyevin tanışı Babayev Yasin Bəxtiyar oğlu tərəfindən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bacısı oğlu Seymur Alıyevin cəzasının Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 5 ilə qədər azaldılacağına kömək edəcəyi adı ilə aldadılaraq bacısı Eminə Alıyevaya məxsusu 10000 manat pulun ələ keçirilməsi barədə ərizəsi əsasında Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 13 aprel 2017-ci ildə Babayev Yasin Bəxtiyar oğlunun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunmaqla işin icraatı Cinayət Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. Hazırda axtarışda olan Y. Babayevin tutulması istiqamətində tədbirlər davam etdirilir. Müraciətiniz cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir".
Ardından Abşeron rayon Prokurorundan 25 noyabr 2017-ci il tarixli daha bir məktub aldıq. Rayon prokuroru məktubunda məqaləmizlə əlaqədar bildirmişdir ki, Alıyevə Eminə Fətalı qızının şikayəti əsasında Abşeron RPİ-nin istintaq şöbəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq Eminə Alıyeva iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır və hazırda cinayət işinin istintaqı davam etdirilir.
Eminə Alıyeva problem onu hesab edir ki, o, əsasən öz qardaşı Xəyyam Piriyevdən, Vüqar Xəlilovdan şikayətləndiyi halda nəyə görə polis baş müstəntiqi mayor Ayaz Kazımov yalnız "yoxa çıxmış" Yasin Babayevi axtarır. Doğrudan da qəribədir - ilk ərizə yazan Eminə Alıyeva olduğu halda Piriyevlə Xəlilov şahid qismində izahat verməliydilər. Məlum olub ki, müstəntiq A. Kazımov işi tərsinə görüb, Piriyevdən ərizə alıb, Alıyevadan izahat yazmasını istəyib. Bununla da Babayev tapılmayınca, Piriyevlə Xəlilovun şahid statusundan şübhəli şəxs statusuna keçmələrini istisna edib. Bununla əlaqədar, redaksiyadan Ayaz Kazımova zəng açıb suallar verdik. O isə cavab vermək əvəzinə, "bu sizin işiniz deyil" deməklə söhbəti qapadı.
Hərçənd, ola bilsin bu məsələdən ötrü deyil, tamam başqa səbəbdən "itmiş" Babayevin tapılması hələ onun Alıyeva qarşısında təqsiri öz boynuna çəkəcəyi anlamına gəlmir. Çünki onların arasında vəkillik xidməti barədə müqavilə imzalanmayıb. İxtisasca hüquqşünas olan Vüqar Xəlilov heç bir müqavilə, rəsmi razılaşma ilə təsdiqlənmədən verilmiş rüşvətin sübuta yetirilməsinin çətin olacağını bilirdi (bilməli idi) və bilə-bilə baş verənlərə sakitcə şahidlik etməsi onun özü barədə də şübhələr doğurur. Qəribədir, deyilmi? - Hüquqşünasın yanında onun qohumundan rüşvət alırlar (cinayət törədirlər), o da kənar müşahidəçi mövqeyində qalaraq hadisəyə müdaxilə etmir!


Mövzuya qayıdacağıq.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Azərbaycanda məktəbli intihar edib
Azərbaycanda məktəbli intihar edib
Yel, nəfəs – ruh və yaradıcı İnsan
Yel, nəfəs – ruh və yaradıcı İnsan
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik