Azərbaycan İdeyası

Həbs edilmiş MTN əməkdaşları Bakı İstintaq Təcridxanasına aparılacaq

Tarix:20-10-2015, 15:40
Baxış Sayı:696

Barələrində həbs qətimkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının saxlanıldığı yer məlum olub.
“Korrupsiya Qanun” qəzetinin əldə etdiyi məlumata görə, həbs edilmiş 10-dək MTN-çi hazırda Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındadır.
Onlar bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına aparılacaq.
Sayt MTN-çilər barəsində həbs qətimkan tədbirini seçən hakimin adını da öyrənib. Bu şəxs Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Xatırladaq ki, tutulan 10-dək MTN əməkdaşı barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı