Azərbaycan İdeyası

CAN BAHASINA AZADLIQ

Tarix:12-09-2018, 17:32
Baxış Sayı:588

Can sağlığı həyatda ən şirin nemət hesab olunur. Amma Yer üzünün əşrəfi olan İnsan üçün azadlıq daha üstün nemətdir. Bəzən insan məcburən, ya da özünün hansısa səhvi ucbatından azadlıqdan məhrum olur. İgid adamlar itirdiyi azadlığı canı, qanı bahasına geri qaytarmağa çalışır. Buna tipik nümunə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin müharibə dövründə cəzalarının qalan hissəsindən azad edilərək döyüşən ordunun sıralarına göndərilmələridir. Belələri müharibədən sağ çıxdıqları halda ömürlük xatırlayırlar ki, azadlıq onlara neçəyə başa gəlib. Bu aqibəti yaşayanlar bir çox başqa müharibə veteranlarından fərqli olaraq təvazökarlıqları ilə seçilir, keçmiş döyüşçülərə dövlət tərəfindən verilən imtiyazların daha çoxunu əldə etmək üçün canfəşanlıq eləmir, azadlığı elə ən üstün imtiyaz sayırlar. Ancaq vaxt keçdikcə yaş öz sözünü deyir, döyüşdə çəkdikləri əzab-əziyyət, aldıqları yaraların ağrı-acısı öz sözünü deyir. Bir onda ayılırlar ki, can əldən getmək üzrədir, həyat, yaşamaq məşəqqətə çevrilib və onu qorumaq üçün maddi imkanlar yetərli deyil. Başqa sözlə, görürlər ki, canları, ruhları xəstə, ağrılı bədənlərinin məhbusuna çevrilib. Onda da artıq gec olur...
Ağsu rayonunun Dədə Qorqud küçəsi ev 17 ünvanda qeydiyyatda olan, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Yeni Çiçək massivi ev 131 ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Şərifov Gülbala Güloğlan oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 1991-ci ildən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirmiş. 1992-ci ildə cəzasının qalan hissəsindən azad edilərək sentyabrın 15-də Qarabağa müharibə zonasına göndərilmişdir. Cəbhə xəttində, Füzuli rayonu uğrunda gedən döyüşlərdə sağ ayağından yaralanmışdır. Dabanında olan qəlpə yarasından uzun müddət əziyyət çəkmişdir. İllər boyu cərrahi müdaxilələrə məruz qalmış, ayaq barmaqları bir-bir kəsilmişdir. Son vaxtlar ağrıları daha da şiddətləndiyindən, 23.06.2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında spinal anesteziya altında sağ ayağından əməliyyat olunmuş, nəticədə sağ budunun aşağı 3/1 nahiyyəsi amputasiya olunmuşdur.
Şərifov yazır ki, 123 və 722 saylı hərbi hissələrdə xidmət edərək döyüşlərdə iştirak etmişdir ki, bunu da sağ qalan çiyin yoldaşları təsdiqləyə bilərlər. Ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun döyüş ərazilərini yaxşı tanıması, kəşfiyyatçı kimi üstün bacarıqarı tərkibində döyüşdüyü hərbi hissələrin komandirləri tərəfindən də qiymətləndirilmişdir. Di gəl, indi sübut edə bilmir ki...
Böyük sərkərdə Babək deyirdi ki, bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan yaxşıdır. Onun edamı cəmi bir gün, hətta daha az çəkmiş, qol və ayaqlarının, başının kəsilməsilə icra olunmuşdur. Babək edam olunduğu gün də ruhən azad idi. Atəşkəsdən sonra canı ilə vuruşan Gülbala Şərifovun edamı isə illərdir çəkir və bu ahəstə ölüm onun ruhunu əzir. İnanmaq istərdik ki, uğrunda can qoyduğu, qan axıtdığı dövlət bu dar günündə vətəndaşına sahib çıxacaq. Özü də mümkün qədər tez. Axı vaxt gözləmir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO