Azərbaycan İdeyası

CƏLİLABADDA ƏSGƏR ATASI OLAN MÜHARİBƏ VETERANININ KÖŞKÜ DAĞIDILIB

Tarix:22-07-2016, 15:38
Baxış Sayı:556

Göytəpə şəhər sakini, R. İsmayılov küçəsi-4 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı, əsgər atası Səxavət Sarətəli oğlu Məmmədov redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 1991-1995-ci illərdə azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ermənistanla həmsərhəd olan bütün cəbhə bölgələrində vuruşmuşdur.Hal-hazırda oğlu Məmmədov İlkin Səxavət oğlu Milli Ordunun tərkibində döyüş bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edir. Xidməti dövründə atəşkəs rejimini pozan, mövqelərimizə hücum edən erməni ordu birləşmələrinin ağır texnikası olan tankı vurduğuna görə komandanlıq tərəfindən təltif olunmuşdur.
Səxavət Məmmədov yazır ki, ailəni saxlamaq üçün Cəlilabad rayonunun Göytəpə qəsəbəsində olan bazarda xırda bir köşkü vardır ki, o köşkdə xırdavat malları sataraq günəmuzd ailə tələbatını ödəməkl məşğuldur. Ərizədən oxuyuruq: "Həmin bazarı idarə edən, hərbi xidmətdə belə olmayan, müxtəlif yollarla Vətənin müdafiəsindən yayınan, Göytəpə qəsəbəsində mülkədar kimi tanınan, bir neçə obyekt sahibi olan Niyaməddin Əskərov məndən köşkə görə əlavə pul tələb edib. Mən onun tələb etdiyi pulu verə bilmədiyimçün heç bir xəbərdarlıq etmədən 2016-cı il fevralın 7-dən 8-nə keçən gecə köşkü sındıraraq içərisində olan 500 manatlıq malı dağıdıb və 500 manat nağd pulu və mənə məxsus olan plastik kartı götürmüşdür. Bu barədə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova müraciət etmişəm. Bundan hiddətlənən Niyaməddin məni söyüb təhqir etdi və öldürəcəyi ilə hədələdi. Həyatım təhlükə qarşısındadır. Rayonun idarəçiliyində yaranan boşluqdan məharətlə istifadə edən Niyaməddin heç kimlə hesablaşmadığını nümayiş etdirərək, "Get, kimə deyirsən-de!", "Nə bacarırsan-et!", "Mənə heç kimin gücü çatmaz" kimi ifadələr işlətmişdir. Bu gün Göytəpə qəsəbəsində qanunsuz küçə ticarəti də Niyaməddinin inhisarındadır. Piyada səkiləri, avtomobil yolları zəbt olunaraq. qanunsuz ticarət aparılır və buna göz yumulur. Niyaməddinin bu özbaşına hərəkətlərinə son qoyan tapılmır"
Şikayətçi həmçinin xatırladıb ki. hazırki iqtisadi və maliyyə böhranı şəraitində ölkə Prezidentinin respublikanın iqtisadi, əhalinin sosial vəziyyətinin ağırlaşmasının qarşısının alınması üçün preventiv addımlar atdığı halda, Niyaməddin kimilərin pozucu fəaliyyəti yolverilməzdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı