Azərbaycan İdeyası

Azərbaycanlını qətlə yetirən erməni azadlığa buraxılır

Tarix:13-10-2015, 11:58
Baxış Sayı:551

Ermənistanın idarələrarası komissiyası azərbaycanlını qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilən Soqomon Köçəryanın cəzasının qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edib.
"Korrupsiya və Qanun" qəzeti Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, onun azad olunması barədə yekun qərarı məhkəmə verəcək.
Ermənistanın idarələrarası komissiyası qərarını Soqomon Köçəryanın səhhətində problemlərin yaranması ilə izah edib. Həkimlər Köçəryana ürək çatışmazlığı diaqnozunu qoyublar. Köçəryanın vəziyyəti stabil ağır qiymətləndirilir.
Qeyd edək ki, Qarabağ müharibəsinin veteranı olan Soqomon Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlının qətlində ittiham edilib. Ancaq 1991-ci ildə Ermənistanda ölüm cəzasına moratorium tətbiq edilib və bu cəza yeni Cinayət Məcəlləsinin qəbulundan sonra 2003-cü ildə ləğv edilib. Soqomon Köçəryan ömürlük olaraq azadlıqdan məhrum edilib.
2014-cü ildə Ermənistanın Baş prokurorluğu Köçəryanın məsələsinə yenidən baxmaqdan imtina edib. Həbs olan vaxt – 2012-ci ildə onun arvadı ölüb. 2014-cü ilin martında isə Köçəryanın 19 yaşlı qızı intihar edib.
Məhkəmənin iclas tarixi hələ təyin edilməyib. Məhkəmə müsbət qərar versə, Ermənistanda ilk hal olaraq ömürlük həbsə məhkum edilmiş şəxs vaxtından əvvəl azadlığa buraxılacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı