Azərbaycan İdeyası

Şahbaz Quliyevin həyat yoldaşı: “İndi Şahbazdan danışmaq mənə əzabdır” - MÜSAHİBƏ

Tarix:20-12-2018, 15:50
Baxış Sayı:2 505


 Şahbaz Quliyevin həyat yoldaşı: “İndi Şahbazdan danışmaq mənə əzabdır” - MÜSAHİBƏ

Albina Quliyeva: “Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məni çox səmimi qarşıladı”

Beş ilə yaxındır erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin həyat yoldaşı Albina Quliyeva (Veselova) Modern.az-ın suallarını cavablandırıb.

- Artıq 5 ilə yaxındır Şahbazı görmürsünüz. Necə keçdi sizin üçün bu illər?

- Bu illər yalnız və yalnız gözləntilərlə keçdi. Hər gün qayıdacağına inanaraq gözləyirəm. Bu illərin mənim üçün necə keçdiyinə cavab verə bilmərəm. Çünki bunlar mənə məxsusdur, çox çətindir, çox...

- Sizdən fərqli olaraq, digər ailə üzvləri bəzən Şahbaz Quliyevin qayıdacağı haqda ümidsiz danışırlar.

- Amma mən ümid edirəm və inanıram.

- Albina xanım, qısaca olaraq, Şahbaz bəylə tanışlığınızdan, ailənizdən, övladınızdan danışmağınızı istərdik...

- Bu suala cavab vermək istəmirəm. Çünki onunla bağlı xatirələr incidir məni. Çox çətindir mənə. Ümumiyyətlə, ailəmlə bağlı geniş danışmaq istəmirəm.

- Hadisə baş verənədək siz harada yaşayırdınız?

- Azərbaycanda, Bakıda yaşayırdıq.

- Bəs hazırda harada yaşayırsıznız, nə işlə məşğulsunuz?

- Hazırda Bakıda yaşayıram, işləyirəm, övladımı böyütməklə məşğulam.

- Qızınızın neçə yaşı var?

- 13 yaşı tamam oldu.

- Sonuncu dəfə həyat yoldaşınızdan nə vaxt məlumat almısız?


- Hansı formada məlumat?

- Foto, məktub, yaxud video. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mətbuata açıqlamalarında mütəmadi olaraq girovlara baş çəkdiklərini bildirirlər.


- Qırmızı Xaç Komitəsindən hər ay bizə şifahi şəkildə ona baş çəkdiklərini bildirirlər. Amma bu ilin avqust-sentyabr aylarından etibarən şəxsən özünün yazdığı məktubu almıram.

- Rəsmilərdən, dövlət təşkilatlarından, lap elə yaxınlarınızdan, qonşularınızdan sizinlə, problemlərinizlə maraqlananlar olurmu?

- Mənə dövlət tərəfindən mənzil verilib, işlə təmin olunmuşam. Hərtərəfli dəstək göstərilib. Həmçinin, dost dairəm də mənə həm maddi, həm də mənəvi dəstək göstərir. Qohumlara gəldikdə, nə deyəcəyimi bilmirəm, susmaq daha yaxşıdır. Həm də indiki zamanda hamının öz çətinlikləri var. Kimsə mənə borclu deyil.

- Dekabrın 19-da “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevin qəbulunda olduğunuz bildirilir.

- Bəli, doğrudur. Dünən Rövşən Rzayev məni qəbul etdi. Səmimi görüş oldu. Mənim müraciətimi çox səmimi qarşıladı.

- Müraciətiniz konkret hansı məsələ ilə bağlı idi?

- Konret deyə bilməyəcəm. Amma problemlərimin nədən ibarət olduğunu bilirlər. Və buna görə də Rövşən Rzayev mənə hərtərəfli dəstək göstərəcəyini dedi. Rövşən Rzayev məni çox doğma qarşıladı. Sağ olsun. Mən insanlara inanıram. Mən ümumiyyətlə çox danışmağı, xüsusilə jurnalistlərlə ünsiyyətdə olmağı sevmirəm. Düşünürəm ki, sizə kifayət qədər danışdım. Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə, digər qohumlarla əlaqə saxlaya bilrəsiniz. İndi mənə ağırdır, əzabdır Şahbazsız Şahbazla bağlı danışmaq...
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
nerkolwerLancy 5 fevral 2023 09:42
  Жалоба     
Детально на сайте

игры xbox 360 торрент
klsieolwerLancy 5 fevral 2023 11:38
  Жалоба     
Подетальнее здесь

xbox 360 версии
skilla 27 mart 2023 12:06
  Жалоба     
Al giorno d'oggi, le persone chiedono qualcosa di buono, alla moda e alla moda. orologi replica Che si tratti di vestiti o accessori alla moda che oggi significano molto per la cultura contemporanea. rolex replica Simile è il caso con orologi alla moda e di grande effetto. Quando questi sono orologi svizzeri, imitazione Rolex la stimolazione diventa semplicemente doppia. Pertanto,orologi replica sono in tendenza al momento Questi sono uno degli accessori di moda preferiti da uomini breitling replica da molto tempo. replica Se non hai comprato orologi replica al momento,orologi replica di lusso puoi comprarne uno per un test.
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub