Azərbaycan İdeyası

Avtobuslar kobud qayda pozur - BNA hara baxır?

Tarix:13-06-2019, 11:31
Baxış Sayı:214



Bakıda növbəti dəfə avtobusların kobud qayda pozuntusu kameraya düşüb.
Korrupsiya-q.az xəbər verir ki, 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 - ZX - 255 dövlət nömrə nişanlı avtobus və 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qarşı yola çıxaraq qəza vəziyyəti yaradıb.
Avtobuslar Kövkəb Səfərəliyava küçəsində 12.06.2019 tarixində saat 13:28-də kobud şəkildə qaydaları pozur. Nəqliyyatın intensiv hərəkət etdiyi vaxtda bütün hərəkəti dayandıran avtobuslar qaydalara məhəl qoymur. Sərnişin dolu avtobuslar insanların təhlükəsizliyini heçə sayaraq kobud şəkildə qaydaları pozur.
Maraqlısı ondadır ki, bu ünvanda avtobusların necə gəldi manevr etməsi halı ilk dəfə deyil ki, müşahidə edilir. Bir müddət öncə də “BakuBus”ın avtobusları eyni küçədə kobud qayda pozuntusuna yol vermişdi.
Göründüyü kimi, sərnişinlərlə dolu avtobusların sürücüləri məsuliyyətsiz davranışlarını düzəltmək fikrində deyil. Anoloji hal müxtəlif vaxtlarda yenə də təkrarlanır. Bu cür neqativ halların qarşısını almaq isə Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Ancaq təəssüflə deyə bilərik ki, son zamanlar ictimai nəqliyyatda bu cür halların artması xoşagəlməz hadisələrin və qəzaların baş verməsinə səbəb olur.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ