Azərbaycan İdeyası

Qaydalari pozan avtobus surucusu isden azad edildi

Tarix:28-08-2017, 14:48
Baxış Sayı:662

   Qaydalari pozan avtobus surucusu isden azad edildi

40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.
Agentlikdən Axar.az-a verilən məlumata görə, araşdırmaya əsasən, avtobusun sürücüsünün Hacıyev Rahib Nurəddin oğlu olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb. Kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 40 nömrəli müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.
Agentlik bir daha bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunverciliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tərbirlər görüləcək.






OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı