Azərbaycan İdeyası

Güclü yağış cənub bölgəsinin kəndlərində sürüşmə yaratdı

Tarix:10-11-2015, 17:04
Baxış Sayı:421

Son günlər yağan güclü yağışlar nəticəsində cənub zonasında sürüşmə-çökmə hadisələri baş verib.
"Korrupsiya və Qanun" qəzetinin məluaıtna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, sürüşmə hadisəsi Lənkəran rayonunda ciddi fəsadlara yol açıb. Onun sözlərinə görə, Lənkəran rayonunun Gərgivan kəndi ərazisində sürüşmə baş verib: “Eyni zamanda, rayonun Biləsər, Osaküçə, Bəliton, Horavenç və Köhnəqəqir kəndlərində sürüşmə hadisələri qeydə alınıb. Nəticəndə 20-yə yaxın evə ziyan dəyib”.
Baş geoloq əlavə edib ki, Lerik rayonunda Bradi, Züvüc, Molalan, Dastel kəndlərində də sürüşmə-oturma prosesi qeydə alınıb: “Eyni zamanda Masallı rayonunda Köhnə Zivənd yolu sürüşməyə məruz qalıb. Masallının Ərkivan kəndində 1 yerdə çökmə-hadisəsi, İsgəndərli kəndində 1 yerdə, Sığdaş kəndində də 1 yerdə sürüşmə hadisəsi baş verib. Masallı rayonun özündə də çökmə hadisəsi qeydə alınıb”.
Ə. Piriyev qeyd edib ki, Astara rayonunda isə 3 kənddə sürüşmə hadisəsi baş verib.

OXŞAR XƏBƏRLƏR
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında