Azərbaycan İdeyası

DİN Xızıda baş vermiş qəzada ölən və yaralananların adlarını açıqladı

Tarix:30-05-2016, 14:50
Baxış Sayı:651

Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Musavat.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi "Hyundai" markalı mikroavtobusu dərəyə aşıb.

Nəticədə Z.Şirinovun sərnişinlərindən həmyerliləri 1963-cü il təvəllüdlü Billurə Nağdəli qızı İsmayılova və 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyev hadisə yerində ölmüş, özü və digər sərnişinləri 1954-cü il təvəllüdlü Nizami Astan oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Əsəd Allahverdi oğlu Qurbanov, 1975-ci il təvəllüdlü Lalə Rəhman qızı Rəhmanova, 1973-cü il təvəllüdlü Ziba Novruz qızı Rəhmanova, 1955-ci il təvəllüdlü Rasim Şəfa oğlu Rzayev, 1950-ci il təvəllüdlü Qafar Xanbaba oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Saylar Əriyən oğlu Mikayılov, 1975-ci il təvəllüdlü Leyla Comərd qızı Fərhadova, 1979-cu il təvəllüdlü İradə Sabir qızı Əliyeva, 1963-cü il təvəllüdlü İsmayıl Allahverdi oğlu Feyzullayev, 1985-ci il təvəllüdlü Fərqanə Cəlil qızı Fərzəliyeva, 1977-ci il təvəllüdlü Hədiyyə Rəhim qızı Əliyeva, 1964-cü il təvəllüdlü İndira Talıb qızı Mollayeva, 2005-ci il təvəllüdlü Nigar İlham qızı Kazımlı, 1987-ci il təvəllüdlü Vüsalə Namiq qızı Ağabəyli, 1971-ci il təvəllüdlü Mehman Oruc oğlu İsmayılov, 1962-ci il təvəllüdlü Zərxanım Həşim qızı Sərtayeva, 1969-cu il təvəllüdlü Sumeddin Həmzə oğlu Qasımov, 1974-cü il təvəllüdlü Şəfəq Sərdar qızı Süleymanova, 1991-ci il təvəllüdlü Günel Rayət qızı Bəşirova, 1950-ci il təvəllüdlü Sərxan Ata oğlu Abdullayev, Vaqif Talıbov və Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Samir İlham oğlu Xıdırov xəstəxanaya yerləşdiriliblər. S.Abdullayev orada ölüb.

Xızı RPŞ tərəfindən araşdırma aparılır.
 DİN Xızıda baş vermiş qəzada ölən və yaralananların adlarını açıqladı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO