Azərbaycan İdeyası

Azərbaycan yığmasının sabiq üzvünə narkotik İTTİHAMI

Tarix:4-08-2016, 11:24
Baxış Sayı:329

Azərbaycan yığmasının sabiq üzvünə narkotik İTTİHAMI
Rusiyanın kanoe üzrə milli komandasının üzvü Andrey Kraytor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılıb.

Criminal.az report-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Kanoe Federasiyası (İCF) qərar qəbul edib. "Müstəqil şəxs" Riçard Maklaren və onun mənbəsi olan Moskva Antidopinq Laboratoriyasının sabiq direktoru Qriqori Rodçenkov Kraytorun narkotik vasitələrdən istifadə etdiyini müəyyənləşdirib.

Bu Maklarenin qapalı hesabatında qeyd olunub. Lakin bu, Ümumdünya Antidopinq Agentliyinin Kodeksinin pozulması demək deyil. Hərçənd, idmançının özü marixuanadan istifadə faktını inkar edir. İCF-nin intizam araşdırması nəticəsində Kraytorun "Rio-2016"da iştirakına icazə verilib.

Lakin idmançının olimpiadada iştirak edib-etməyəcəyi Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tibbi komissiyasının sədri Uğur Erdener, idmançılar komissiyasının sədri Klaudiya Bokel və qurumun sabiq prezidenti Xuan Antonionun oğlu kiçik Samarançın verəcəyi qərardan asılı olacaq. Rusiyalı üzgüçü, olimpiya və dünya mükafatçısı Nikita Lobintsev və Vladimir Morozov da analoji hadisə ilə üzləşib.

Qeyd edək ki, Andrey Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye