Azərbaycan İdeyası

Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO

Tarix:10-08-2016, 13:16
Baxış Sayı:418

Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO
Qızlarının göldə boğulduğunu deyən ata və ana bir neçə gün əvvəl polislərə "tamaşa" oynayıb. Valideynlər polisə verdiyi məlumatda 6 yaşlı qızları - Veronikanın avqustun 6-da evdən çıxdığını və suda batdığını deyib.

Polis dərhal axtarışa başlayıb, axtarışlara könüllülər də qoşulub. Moskva ətrafı göldə itkin düşən Veronika Çernikovanı şəhərin bütün polisləri və yüzlərlə könüllüləri axtarsa da, heç bir nəticə əldə etmək mümkün olmayıb.
Ata və ana 6 yaşlı qızını öldürüb tonqalda yandırdı, sonra... - FOTO
Qeyd edək ki, Veronika cütlüyün ögey qızı olub. Cütlük onu bir neçə il əvvəl uşaq evindən götürüb. Avqustun 8-də Çerkikov ailəsinin qəfil yoxa çıxması polisə qəribə gəlib. Evdə heç kəs olmayıb, telefon zənglərinə cavab verilməyib. Lakin müstəntiqlərin və əməliyyatçıların səyi nəticəsində kişi ilə qadının harada gizləndiklərini öyrənmək mümkün olub. Bundan sonra qızın yoxa çıxmasında cütlüyün əli olduğuna dair heç bir şübhə yeri qalmayıb.

Belə ki, şübhəli bilinənlər Gümüş Göllər qəsəbəsində qəbiristanlığın ərazisində tapılıb, hər ikisi sərxoş vəziyyətdə olub. Moskva vilayəti üzrə istintaq komitəsinin rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib ki, ögey valideynləri cinayəti etiraf edib. Onlar qızın guya hələ aprel ayında hamamda boğulduğunu və baş verən hadisədən qorxduqları üçün meyitdən yaxa qurtarmaq qərarına gəlib və qızı tonqalda yandırıblar.

Ögey valideynlər qızın yoxa çıxmasını uzun müddət hamıdan gizlədə bilib. Lakin sabah qəyyumluq orqanlarının əməkdaşlarının onlara gələcəyini eşidəndə polis çağırıb qondarma "tamaşa" oynayıblar. İndi müstəntiqlər ər-arvadın deidklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayır və qızın cəsədinin axtarışları aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO