Azərbaycan İdeyası

Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı (FOTO)

Tarix:27-05-2016, 00:07
Baxış Sayı:589

Rusiyada 23 yaşlı azərbaycanlı qadın Gülnar Həbibova 22 aprel gecəsi itkin düşüb.

Hadisə Sankt-Peterburqda qeydə alınıb. Hadisədən bir gün öncə anasıyla telefonla danışan qız ərinə şam yeməyi hazırladığını bildirib. Ancaq həmin günün səhəri qız qəfil yoxa çıxıb.

Samir və Gülnar 15 aprel tarixində ailə həyatı qurub. Onlar evləndikdən sonra Marşal Jukov prospektindəki mənzildə yaşamağa başlayıb. Səhər saatlarında Gülnar Tibb İnstitutuna getməli idi. Amma qız yoxa çıxıb və onun telefonu söndürülüb. Samirin sözlərinə görə, o evdən səhər saatlarında çıxıb.

O vaxtdan Həbibovadan heç bir xəbər çıxmayıb. Valideynləri, dostları, könüllülər və polis bir aydan çoxdur ki, Gülnarı axtarırdı. Polis araşdırmasından məlum olub ki, əslində Gülnar itkin düşməyib. Onu həyat yoldaşı Samir qətlə yetirib. Hazırda müstəntiqlər Samiri sorğu-sual edirlər. Onun günahını boynuna alıb-almaması hələlik məlum deyil. İstintaq Komitəsində bu informasiya açıqlanmır.

Gənc cütün yaxınları bildirib ki, Samir çox qısqanc biri olub. O, həyat yoldaşını anasından başqa heç kimlə ünsiyyət qurmağa qoymurdu. Samir Gülnarın sosial şəbəkələrdəki hesablarını da bağlatdırıb. Maraqlısı ondadır ki, Gülnarın itkin düşməsi barədə Samir məhz özü polisə müraciət edib. O, hətta bir neçə gün axtarışlarda da iştirak edib, amma daha sonra yoxa çıxıb.
Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı (FOTO)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı