Azərbaycan İdeyası

Bakıda stəkanla öldürülən mühasibin oğlu: ''Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı...'

Tarix:13-08-2016, 22:57
Baxış Sayı:389

Bakıda stəkanla öldürülən mühasibin oğlu: ''Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı...'
Bakıda 76 yaşlı mühasib qadını stəkanla öldürən və mənzilindən nağd pul və qızıl oğurlayan şəxslər hakim qarşısına çıxarılıb. Criminal.az saytı musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hadisəni törədənlər- 1989-cu il təvəllüdlü Bakı şəhər, Xətai rayon sakini Məhərrəmov Şəmsi Akif oğlu və 1991-ci il təvəllüdlü Hövsan qəsəbə sakini İsayev Musa Camal oğlu əvvəllər məhkum olunmayıblar. Qonşu olan gənclər 2016-cı il, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilinə girərək onu stəkanla qətlə yetiriblər.

Təqsirləndirilənlərdən V.İsayev mənzilə daxil olarkən stolun üstündəki stəkanla N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə zərbə endirib. Yaşlı qadın mənzildə qan itirməsindən dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Saxlanılanlardan Vüsal İsayevin mərhumun qonşusu olduğu məlum olub. Hadisəni tamah məqsədi ilə törədən gənclər mənzildən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı da təhvil veriblər. Məhkəmədə zərərçəkmişin hüquqi varisi kimi oğlu Sultanov Məmmədmirzə Pirqulu oğlu tanınıb. M.Sultanov məhkəmə zalında təqsirləndirilənlərə üzünü tutaraq bu əməllərinə görə onları qınayıb.

Qonşuları olan Vüsal İsayevdən gözlərinə baxmasını istəyən M.Sultanov bunları qeyd edib: "Vüsal, gözlərimin içinə bax. Utanmadınızmı yaşlı qadına əl qaldıranda? Mənə cavab verin". Təqsirləndirilən şəxslər M.Sultanova cavab verməyiblər.

Qeyd edək ki, Melli Sultanova Bakıdakı beton zavodlarından birində mühasib vəzifəsində çalışıb. Tək yaşayan qadından xəbər ala bilməyən oğlu qonşularına zəng edib. Qonşular qapını döysə də yaşlı qadın cavab verməyib. Qapını qırıb mənzilə girən qonşuların N.Sultanovanın cansız bədənini tapıblar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO